Peşəkar Futbol Liqası ötən ilin bu günü Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində Xankəndi şəhərində keçirilən “Qarabağ” - MOİK oyunu (1:0) ilə bağlı süjet hazırlayıb.
Süjetdə həmin vaxt Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə söhbətləşdiyi anların görüntüləri yer alıb.
Şəhid övladının biri Prezidentlə olan xatirəsini danışıb:
“İlham baba dedi ki, get papağını tax. Mən də dedim ki, onda yerimi saxla, gələcəyəm. Papağımı geyinib gələndə gördüm ki, yerimi saxlayıb”.