top
Sənədsiz evlər söküləcək? - AÇIQLAMA 
17 dekabr 2024, 05:52
- ↺ +

Sənədsiz evlər söküləcək? - AÇIQLAMA 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 400 minə yaxın qanunsuz tikili qeydə alınıb. Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu rəqəmin yaxın zamanda dəqiqləşəcəyini açıqlayıb.

O, həmçinin ölkədə neft müqavilələrinin əhatə etdiyi ərazilərdə və mühafizə zolaqlarında yerləşən tikililərlə bağlı işçi qrupunun yaradıldığını da xatırladıb: "İşçi qrupu müvafiq qanun layihəsinin hazırlanması üzərində işləyir”.

Əmlak eksperti Elnur Azadov qaynarinfo.az-a açıqlamasında bildirib ki, hüquqi normativ bazalar və bu istiqamətdə qanunsuz evlərin leqallaşdırılması ilə bağlı müvafiq qanunvericilik hazırlanmalıdır:

"Bizdə bu qanunvericilik yoxdur. Ölkə başçısının 2015-ci ildə imzalanmış fərmanı var. Bu fərmana istinadən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müəyyən olunmuş qaydalar və sənədlər üzrə daşınmaz əmlakın qeydiyyatını apara bilir, vətəndaşları çıxarışla təmin edir, mülkiyyəti tanınır. Fikrimcə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aparılacaq. Bu isə o deməkdir ki, ilkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq”.

Elnur Azadov hesab edir ki, heç bir sənədi olmayan qanunsuz tikililərin sənədləşdirilməsi böyük prosesdir:

"100 ildən çoxdur ki, müxtəlif dövlət qurumları tərəfindən müxtəlif sənədlər verilib. Siyahı böyükdür. Onların əsasında daşınmaz əmlakın leqallaşdırılması istiqamətində iş aparıla bilər. Yəni, 400 minə yaxın qanunsuz tikilinin ən yaxşı halda yarısına şamil olunacaq. Heç bir sənədi olmayan evlərin leqallaşdırılması isə qəliz məsələdir. Bu zaman aparacaq".

Elnur Azadov sənədləşdırilməmiş evlərin statistikası ilə bağlı səslənən rəqəmin 400 min deyil, daha böyük olduğunu xatırladıb:

"Bu rəqəmlərin arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan ərazilərdə, kommunikasiya xətlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Bu başdan həmin evlərin sahiblərinə xəbərdarlıq etmək lazımdır ki, həmin evlər leqallaşdırılmayacaq”.

Əmlak eksperti Ramil Osmanlı isə deyir ki, neft ərazilərində inşa olunan fərdi yaşayış evlərin bir hissəsi faktiki olaraq aktiv mədən ərazisində yerləşir:

"Yəni, orada bu gün neftin çıxarılması davam edir. Amma elə evlər ki, var onların yerləşdiyi ərazilər artıq istismarı dayanıb, orada artıq neft yoxdur. Bununla bağlı dəqiq koordinatlar müəyyən olunmalıdır. Hökumətin prioritetləri ondan ibarətdir ki, mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla digər tikililərin sənədləşməsi qanun layihəsində öz əksini tapmalıdır. Problem o qədər şaxəlidir ki, onu qərar verilənə qədər bu məsələ tənzimlənməlidir, həllini tapmalıdır”.

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər