Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakuplus.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının bilavasitə yaxınlıqda yerləşən obyektə və kommunikasiya xəttlərinə keçməsinin qarşısı alınıb.