top
“Sərdar Cəlaloğlu qəza törətdi, 50 manat pul verib getdi” - Moped sürücüsü
17 mart 2025, 02:43
- ↺ +

“Sərdar Cəlaloğlu qəza törətdi, 50 manat pul verib getdi” - Moped sürücüsü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idarə etdiyi avtomobillə mopedi vurub.

Bu iddia ilə musavat.com-a moped sürücüsü Hüseyn Tanrıverdiyev müraciət edib.

Onun sözlərinə görə, hadisə martın 15-i səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib.

H.Tanrıverdiyev bildirib ki, S.Cəlaloğlu ona 50 manat pul verərək hadisə yerindən sürətlə uzaqlaşıb: “Rəşid Behbudov küçəsindən üzü “28 May” tərəfə qalxırdım. Orada işıqfor yandı. Mən 3-cü xətdən 2-ci xəttə keçdim. O da birinci xətdən gəlirdi. Mən sola döndüyüm məqamda o, məni vurdu. Sürətlə səki daşlarına dəydim, yerə yıxıldım. Ondan sonra insanlar ətrafıma yığışdı. Sərdar müəllim avtomobilini qabaqda saxlayıb yanıma gəldi, sadəcə “yaxşısan” filan deyərək maşınına tərəf getdi. Arxasınca gedib dedim ki, kömək edin. Mənə qayıdıb dedi ki, sən avtomobilimi vurmusan. Dedim ki, axı motosikletlə necə o böyüklükdə maşını vura bilərəm? Çıxarıb mənə 50 manat pul verdi. Həmin vaxt motosikletə baxmamışdım, sonradan baxanda gördüm ki, xərci 220 manat civarında edir. Qayıdıb təzədən söhbət etmək istəyəndə gördüm ki, yoxdur. Sürüb getmişdi…”

Sürücü qeyd edib ki, sonradan polis əməkdaşları hadisə yerinə gələrək şikayətçi olub-olmadığını soruşublar: “Həmin vaxt üçün bunu düşünəcək vəziyyətdə deyildim. Dedim ki, özü ilə danışmışam. Düşünürdüm ki, sonradan maraqlanar. Polislər dedi ki, nəsə bir şikayətin olsa, Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşarsan. Mopedi ustaya göstərdim, dedi ki, 250 manata yaxın xərci var. Lap Sərdar müəllim də maraqlana bilər. Kiminsə mənə artıq pulu lazım deyil. Ailəmi öz zəhmətimlə dolandırıram. İndi də mopedi düzəltdirməyə imkanım yoxdur. Xahiş edirəm ki, Sərdar müəllim mənə kömək etsin. Sadəcə özü ilə əlaqə saxlamaq imkanım olmadığı üçün sizə üz tutdum”.

Sayt S. Cəlaloğlunun özü ilə əlaqə saxlayıb. Partiya sədri qəzada heç bir günahının olmadığını söyləyib, hətta dəyən ziyanı artıqlaması ilə ödədiyini vurğulayıb: “Hara istəyirsə, müraciət etsin”.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər