Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.
Bakuplus.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildirilib.
Qeyd edilib ki, ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digərləri isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar.