top
Son 40 ilin sərt soyuğundan insanlar necə qorunsunlar? - MÜTƏXƏSSİSLƏRDƏN ÖZƏL AÇIQLAMA
18 dekabr 2024, 06:00
- ↺ +

Son 40 ilin sərt soyuğundan insanlar necə qorunsunlar? - MÜTƏXƏSSİSLƏRDƏN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son 40 ilin ən sərt qışı gözlənilir. Meteoroloji proqnozlara əsasən, bu qış mövsümündə ölkə ərazisində kəskin soyuqların və yüksək temperatur fərqlərinin olacağı bildirilir. Sərt soyuqların xüsusilə yanvar ayında baş verməsi ehtimalı var və bu, qışın daha soyuq keçəcəyinə dair göstəriciləri gücləndirir.

Bəs insanlar özlərini qış aylarında soyuqdəymədən, viruslardan necə qorunsunlar? Nələrə əməl edilməlidir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-terapevt Günay Lətifovanın sözlərinə görə, biz soyuq ölkədə yaşamırıq, orqanizmimiz soyuğa adaptasiya olmayıb:

“Ona görə də, bu kimi hava dəyişkənlikləri təbii ki, bizim əhalimizə heç də müsbət təsir göstərmir. Xroniki xəstəliyi, yüksək qan təzyiqi olan və şəkərli diabetdən əziyyət çəkən insanlar daha çox təsirlənirlər. Geyimlərinə diqqət etmələri vacib bir nüansdır. Çünki hər hansı bir nəqliyyat vasitəsinə daxil olduqda isti, çölə çıxdıqda soyuq olur. Ona görə də mütləq şəkildə isti və ortama uyğun geyimlərdən istifadə daha məsləhətdir.

Soyuq patogenlər burun və ağızdan daxil olur. Tənəffüs sistemində xroniki xəstəliyi olan insanlar daha diqqətli olmalıdırlar. Soyuq patogenlər orqanizmimizə daxil olduqda faringit xəstəliyi yaranır. Soyuqdəymə xəstəliyinin də növlərə görə simptomları var. Kəskin dövrdə 5-10 gün ərzində, orta dövrdə 11-30 gün ərzində, uzanan dövrdə isə 1 ay ərzində çəkə bilər. Bu proseslə üzləşməmək üçün insanlar özlərini qorumalıdırlar. Soyuq havada geyimlərinə diqqət etməli, ağız və burun hissəsini soyuqdan qorumalıdırlar”.

G.Lətifova qeyd edib ki, uşaqlar hər hansı bir qrip virusu ilə üzləşibsə, təhsil ocaqlarına göndərilməməsi məsləhətdir:

“Digər uşaqların həmin o virusa yoluxmaması üçün tədbir görülməlidir. Özbaşına müalicə etmək fərqli fəsadlara yol aça bilər. Bizə soyuqdəymənin səbəbinin bakterial və ya virusdan olduğunu yalnız həkim deyə bilər. Bakterialdırsa, virus əleyhinə preparatlar qəbul etməkləri düzgün deyil. Əgər səbəb virusdursa, bakteriya əleyihə qəbulu düzgün deyil.

Temperatur olduğunu hiss etdikdə ailə həkiminə müraciət etmək tövsiyə olunur. Özbaşına iynə  və ya dərman qəbul etmək olmaz. Qaraciyər və böyrəklərə ziyan ola bilər”.

İnfeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı doktor Vasif Əliyev isə əlavə edib ki, qış aylarında havaların soyuması ilə əlaqədar insanlar qapalı məkanlardan daha çox istifadə etdikləri üçün respirator infeksiyalar daha çox yayılır:

“Təbii ki, insanlar qış aylarında bu cür infeksiyalara yoluxduğu zaman istər-istəməz başqa insanlara da ötürürlər. Bir növ virus daşıyıcısına çevrilirlər. Bütün bunlardan qorunmaq üçün birinci növbədə xəstə olan insanın ev şəraitində qalmağı məsləhətdir ki, başqa insanları da yoluxdurmasınlar.

Eyni zamanda gigiyena qaydalarına əməl etmək lazımdır. İnsanlarla ara məsafəsinə diqqət etməli və maskadan istifadə edə bilərlər. Xəstə ev şəraitində qalmalı, çoxlu maye qəbul etməlidir. Hər hansı bir antibiotik istifadə etməməlidir. Xəstəlik iki-üç gün sonra səngiməyə doğru getmirsə, mütləq həkimə müraciət olunmalıdır. Ümumiyyətlə, qrip və respirator infeksiyaları yaşlı, xroniki və onkoloji xəstəlikləri olanlar, dərman istifadə edənlər, hamilələr, azyaşlı uşaqlar çox ağır keçirirlər. Ona görə də həmin kateqoriyalardan olanlar qripə qarşı peyvənd vurdurmaqla onu yüngül keçirə və ya heç yoluxmaya bilərlər. Sağlam həyat tərzi və mövsümə uyğun geyinmək də şərtdir. Davamlı qrip olanlar da mütləq şəkildə peyvənd olunmalıdırlar”.

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər