top
Son zamanlar yayılan viruslardan necə qorunaq? – Terapevtdən ÖZƏL AÇIQLAMA
19 dekabr 2024, 07:00
- ↺ +

Son zamanlar yayılan viruslardan necə qorunaq? – Terapevtdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respirator qrip və ya tənəffüs yolu qripi əsasən influensia viruslarının səbəb olduğu, yuxarı tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Bu xəstəlik insanlar arasında öskürək, asqırıq və digər tənəffüs yolları ifrazatları vasitəsilə çox asanlıqla yayılır. Amma son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur.

Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar? Son zamanlar yayılan virusları necə ayırd etmək mümkündür?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən  həkim-terapevt Sübhan Hacıyevin sözlərinə görə, qış aylarında bir çox pasiyentlərin müraciətləri zamanı üst tənəffüs yollarının virus infeksiyalarına yoluxduğu aşkar edilir:

“Daha çox qrip, adenevirus, renovirus, paraqrip, eyni zamanda pandemiyasını yaşadığımız koronavirus də ola bilər. Eyni simptomlar aşkarlanır. Bəzən həkimlər üçün də ayırmaq çətin olur. Pasiyentlərdə daha çox yüksək hərarət, boğaz ağrısı, burun axıntısı, öncə quru öskürək, sonra isə bəlğəmli öskürəklər olur.

Əzginlik, bədəndə halsızlıq və ağırlıq hiss olunur. Bu cür pasiyentlərin adətən immun sistemi bu xəstəliklərə cavab verdiyi üçün 1-3 gün müddətində sağala bilirlər. Əgər 3 gündən çox ağırlaşma dönəmi, hərarət 38,5 olarsa, həkimə getmələri tövsiyə olunur”.

S.Hacıyev qeyd edib ki, bu cür xəstəliklərdən qorunmaq üçün istər uşaqlar, istərsə də böyüklərə hər zaman tövsiyə edirik ki, şəxsi gigiyenalarına diqqət olunsun:

“Əllərinin yuyulması çox önəmlidir. Toplumlardan maksimum dərəcədə qaçmaq lazımdır. Özünü nasaz hiss edən şəxs tibbi maskadan istifadə etməlidir ki, ətrafda olan sağlam insanları da yoluxdurmasın.

Xroniki xəstəlikləri – xüsusilə də ürək-damar xəstəliyi, şəkərli diabet və digər nevroloji, allergik xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdırlar. Xəstəliklərini nəzarətdə saxlamalı və mütləq şəkildə yuxu rejiminə diqqət olunmalıdır. Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. İmmun sistemi aktivləşdirən, C, D mikroelementlərindən istifadə edilməlidir. Mövsümə uyğun geyinməli və qidalanmaq lazımdır. Bu zaman xəstəliklərdən qoruna bilərik”.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər