Ünvanlı sosial yardımla bağlı vətəndaşlara köməklik göstərəcəklərini vəd edən bəzi dələduzlar onların vəsaitlərini mənimsəməyə çalışırlar.
Sosial şəbəkələrdə saxta səhifələr açıb, bu kimi “yardım” təklif edən şəxslər kifayət qədər çoxdur.
Məsələni araşdırmaq məqsədilə həmin şəxslərlə əlaqə saxlamağa çalışılıb.
“Instagram” üzərindən başlayan söhbət “WhatsApp”da başa çatıb və üzbəüz görüşməyi qəbul etməyən “yardımsevər” əvvəlcədən onun kart hesabına 50 manat köçürülməsini tələb edib. Müavinət "düzələndən" sonra isə bir aylıq məbləğin ona çatacağını bildirib.
Müavinət "düzəldəcəyini" idda edən digər bir şəxs isə daha böyük vədlər verib:
“Yüz faiz alınacaq. Sosial yardım "düzəldə" bilməsək, insanları yalan vədlə aldatmarıq. Sizə hansı sualların veriləcəyini bilirik və nə cavab verməli olduğunuz haqqında məlumat verəcəyik”.
Daha ətraflı Baku TV-nin süjetində: