top
Stalinin şifrəli teleqramı, Nərimanovun nitqi - Zəngəzur ermənilərə necə verildi?
17 dekabr 2024, 00:00
- ↺ +

Stalinin şifrəli teleqramı, Nərimanovun nitqi - Zəngəzur ermənilərə necə verildi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zəngəzur mahalı müasir Ermənistan respublikasının cənub-şərqində yerləşir və qədim dövrlərdən Azərbaycan türklərinin məskunlaşdığı əzəli torpağımızdır. Bu ərazi qərbdən Zəngəzur, şərqdən isə Qarabağ dağları ilə əhatələnib, Göyçə gölü hövzəsini əhatə edir. Tarixin müxtəlif dövrlərində Azərbaycan türklərinin qurduğu dövlətlərin tərkibində olub. XVIII əsrdə yaranan Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının da tərkibinə qatılıb. Bu torpaqlar Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bölgələrinə bölünüb ki, son üç rayon bu gün Şərqi Zəngəzur adlanır. Qərbi Zəngəzur isə sözün tam mənasında hələ də erməni işğalındadır.

Ermənilərin köçürülməsi

Çar Rusiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra Zəngəzur ərazisinə xeyli sayda erməni köçürülür və məqsədli şəkildə gələcək fitnələrin təməli qoyulur. Ərazi 1829-cu ildən Qarabağ əyalətinin tərkibində olsa da, 1861-ci ildə çarın fərmanı ilə Zəngəzur qəzası yaradıldı və 1867-ci ildə yaradılan  o dövrdə Yelizavetpol quberniyası adlandırılan Gəncə quberniyasının tərkibinə verildi. 1918-ci ilin məlumatlarına görə, qəzanın 222 yaşayış məntəqəsindən 116-sı azərbaycanlılara məxsus idi. Bir əsr əvvəl köçürülən ermənilər artıq çoxalmış və müxtəlif ərazilərə səpələnmişdilər. Rəqəmlərin nisbəti də məhz Rusiya imperiyası və yeni qurulmuş SSRİ siyasəti nəticəsində ermənilərin lehinə dəyişməyə başlamışdı. Məsələn, 1920-ci ildə mahalın 224 min 197 nəfər əhalisinin artıq 70 faizi azərbaycanlılar idi. Erməni xəyalı və sovetlərin dəstəyi ilə 1920-ci ildə bu region sözün əsl mənasında Ermənistana hədiyyə edilib. Artıq köçürülmə və deportasiya siyasətinə start verildiyi üçün 1931-ci ildə azərbaycanlı kəndlərinin sayı 87-yə, 1986-cı ildə isə 40-a qədər azaldı.

Məqsədli soyqırımlar

1800-ci illərdən Zəngəzura köçürülən ermənilər imperiyanın dağılmasından sonra 1917-ci ildən başlayaraq, yerli türk-müsəlman əhaliyə qarşı soyqırımlar törətməyə başlayır. Onlarla yaşayış məntəqəsi dağıdılır, əhali zorla köçürülür. Hətta bu vəziyyət Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra da davam etməyə başladı. Andronik Uzanyan, Njde və Dronun dəstələri silahsız dinc əhaliyə hücum edib, 115 kəndi yerlə-yeksan edib. Hücumlar nəticəsində 3257 kişi, 2776 qadın, 2196 uşaq öldürülüb, minlərlə insan yaralanıb. 50 mindən çox azərbaycanlı yurdundan köçmək məcburiyyətində qalıb.

Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti isə ermənilər tərəfindən törədilən qırğınlara son qoymaq üçün bütün vasitələrə əl atır, silahlı dəstələr formalaşdırırdı. Amma uzun illər bu işə hazırlaşmış və ruslardan ciddi dəstək alan ermənilər 1920-ci ilədək artıq Azərbaycanın 9800 kvadratkilometr ərazisini işğal edə bilmişdilər. Basarkeçər, Vedibasar və Zəngəzurun bir hissəsi artıq Ermənistanın əlinə keçdi.

Rusların Zəngəzuru ermənilərə bağışlama səbəbi

Qırğınlar Sovetlərin işğalından sonra davam etməyə başladığı üçün 1920-ci ilin 30 aprel tarixində Azərbaycan SSR XKİK sədrinin müavini Mirzə Davud Hüseynov Ermənistana nota göndərdi. Notada 3 gün ərzində Qarabağ və Zəngəzuru boşaltmaq, öz sərhədlərinə çəkilmək və qırğına son qoymaq tələb edilirdi. Anastas Mikoyan və digər ermənilər Zəngəzur, Naxçıvan və Qarabağın Ermənistana verilməsini tələb edir, belə bir halın sovet hakimiyyətinə inam və rəğbəti artıracağını deyirdilər. Eyni ilin dekabr ayında Sovet Rusiyası Azərbaycanı Zəngəzurun böyük bir hissəsini Ermənistana bağışlamağa məcbur etdi.

1920-ci ilin 4 noyabr tarixində Azərbaycan MK Siyasi Bürosunun və RK Qafbüronun üzvlərinin birgə iclasında Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsi ilə bağlı məsələ müzakirə edildi. Maraqlıdır ki, Azərbaycanın iştirakı olmadan Rusiya Zəngəzuru Ermənistana vermək niyyətində idi. Bu təklifin Azərbaycandan verilməsi daha uyğun görülmüşdü.

Zəngəzur xəyanətində Stalin izi

1920-ci ilin 16 noyabr tarixində Stalin Vladiqafqazdakı məsələlərlə bağlı Leninə şifrəli teleqram göndərir. Teleqramda yazılmışdı:

“Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəbhəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.

Göründüyü kimi, bu teleqram Zəngəzur xəyanətində həlledici rol oynayıb.

Türk dünyası ilə qırılan əlaqə

Ermənistanda sovet hakimiyyəti qurulduqdan 1 gün sonra 30 noyabr tarixində Azərbaycan MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan SSR ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirələr Azərbaycanın əleyhinə olan qərarın qəbulu ilə nəticələndi. Qərara əsasən, Zəngəzur Ermənistana keçir. Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil. Qətnaməni tərtib etmək Nərimanova tapşırılsın.1 dekabr tarixində keçirilən iclasda Zəngəzurun Ermənistana güzəştə getdiyi bildirildi. Nərimanov nitqində deyirdi:

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; ...Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Əslində Sovet hakimiyyətinin məqsədi Ermənistana və daşnak ermənilərinə ərazi vermək, dövlət qurmaq deyildi. Əsas məqsəd Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsini kəsmək idi…

Hikmət Həsənov

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər