Sulutəpədə tapılan uşağın valideynləri axtarılır. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə istinadən xəbər verir.
“Hörmətli vətəndaşlar, Sulutəpə ərazisindən gördüyünüz azyaşlı körpə tapılıb. Hazırda sığınacağımızdadır. Uşaq danışma və eşitmə məhdudiyyətlidir. Xahiş edirik, valideynlərinin tapılmasına paylaşaraq kömək edəsiniz”, - deyə o, paylaşımda qeyd edib.