Bakının Suraxanı rayonu, Əmircan və Köhnə Suraxanı qəsəbələrində bu gün, 1 avqust tarixində gün ərzində içməli su olmayacaq. Bu haqda “Azərsu” ASC-nin mətbuat xidməti məlumat verib.
Verilən məlumata görə, Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində qəza baş verib. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar, içməli suyun verilməsində məhdudiyyətlər olacaq.