Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan təhsil müəssisələrinə 2022-2023-cü tədris ilində işə qəbulla bağlı müsabiqələr keçirilib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az BŞTİ-yə istinadən məlumat verir.
114 psixoloq, 143 laborant, 44 kitabxanaçı, 17 kitabxana müdiri, 23 uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri olmaqla ümumilikdə 362 namizəd işə qəbul edilib.