top
Təhlükəsizlik eksperti: “Yanacaqla bağlı hansısa hadisə baş verərsə, qanadlar ətrafında...”
25 dekabr 2024, 04:15
- ↺ +

Təhlükəsizlik eksperti: “Yanacaqla bağlı hansısa hadisə baş verərsə, qanadlar ətrafında...”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlərdən 37-si Azərbaycan, 16-sı Rusiya, 6-ı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Bu hadisə insanlar arasında bir daha təyyarə ilə səyahətlərin nə dərəcədə təhlükəsiz olmasına dair sualları gündəmə gətirib.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, avtomobil və digər nəqliyyat növləri ilə müqayisədə hava nəqliyyatında baş verən qəza hadisələrinin sayı olduqca azdır:

“Bu səbəbdən də hava nəqliyyatı nisbətən təhlükəsiz nəqliyyat növü hesab olunur. Buna baxmayaraq, bəzi hallarda qəzaların baş verməsi qaçılmaz olur. Bütün dövrlərdə təyyarədən istifadə edən insanları düşündürən suallardan biri də göyərtədə hansı yerin ən təhlükəsiz hesab olunmasıdır.

Baş verən qəza hadisələrini təhlil edərkən məlum olur ki, təyyarənin quyruq hissəsi nisbətən təhlükəsiz yer hesab olunur. Bu təhlillər baş verən qəza hadisələrindən sonra sağ qalan insanların təyyarənin hansı hissəsində əyləşməsinə əsasən aparılıb”.

O.Musayev qeyd edib ki, fövqəladə hallar zamanı daha tez təxliyə olunmaq üçün qəza çıxışının yanında yerin seçilməsi də uğurlu seçimlərdən biri hesab oluna bilər:

“Təyyarənin yanacaq çəni qanadlar istiqamətində yerləşir. Yanacaqla bağlı hansısa hadisə baş verərsə, qanadlar ətrafında yerin seçilməsi ən təhlükəli variant hesab oluna bilər”.

“Baş verən təyyarə qəzalarının müxtəlif səbəbləri var. Quşların təyyarə ilə toqquşması ən uğursuz hadisələrdən biri hesab olunur. Belə ki, quşların mühərrikə daxil olma ehtimalı var. İki- üç quş daxil olarsa, mühərrikdə texniki nasazlıq baş verə bilər. Mühərrikin dərhal sıradan çıxma ehtimalı var. Quş sürüsü ilə toqquşma nəticəsində pilotun görmə imkanları da zəifləyə bilər. Bu halın da qəzaya gətirib çıxarması mümkündür”, - deyə O.Musayev fikrini tamamlayıb.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər