COP-29 çərçivəsində şəhərin dəyişən siması qonaqları valeh etdiyi kimi paytaxt sakinlərinin də ürəyincə olub.
Bakuplus.az xəbər verir ki, “Bakı Abadlıq Xidməti”nin əməkdaşları son 8 ay ərzində şəhərdə aparılan geniş təmir-bərpa işlərinə qoşulublar.
250-dən çox memarlıq abidəsinin təmizlənməsinə, bərpasına yönəlmiş hər layihə Mədəniyyət Nazirliyinin və müvafiq qurumların nəzarəti altında həyata keçirilib.
Bu zaman aralığında 800-dən artıq bina üzərində iş gedib, paytaxtın mərkəzi küçələrindəki tikililər bəzi hallarda əsaslı təmir edilməklə və ya fasadı rənglənib yenilənərək Bakının memarlıq ansamblında yerini alıb.
Həmin binaların təmirdən əvvəlki və sonrakı fotolarını təqdim edirik:








