Ötən gün Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarədə həlak olan sərnişinlərdən biri də Əmircan qəsəbəsinin sakinidir.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, Rəşad Həsən oğlu Əhmədovun öldüyü təsdiqlənib.
Belə ki, ailəsinə həlak olduğu bildirilib. Nəşini müəyyən etmək üçün qardaşından DNT analizi götürülüb. Nəticədə meyiti müəyyən ediblər. Bu gün nəşinin ailəsinə təhvil veriləcəyi bildirilir.
Rəşad Həsən oğlu Əhmədov 1977-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində dünyaya göz açıb. Ailəlidir, iki oğlu var.
Nəzrin Vahid