Qazaxıstanda baş verən dəhşətli təyyarə qəzası nəticəsində zərərçəkənlər arasında 11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə də var.
Bakuplus.az bu barədə Qazaxıstan KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.