top
Şikayət: “TikTok”da mikro kredit adı ilə dələduzluq - Rəsmi AÇIQLAMA + YENİLƏNİB
06 yanvar 2025, 03:09
- +

Şikayət: “TikTok”da mikro kredit adı ilə dələduzluq - Rəsmi AÇIQLAMA + YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, kibertalamalara məruz qalma risklərinə qarşı maksimum dərəcədə diqqətli olmaqda fayda var:

“Kibertalamalar tək oğurluq əməlləri ilə əhatələnmir. Sosial şəbəkələrdə dələduzluq halları da mütəmadi olaraq rast gəlinən üsullardandır. Faktların təhlili göstərir ki, vətəndaşlar “Instagram”, “Telegram”, “Facebook”, “TikTok”da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürürlər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılır.

Odur ki, sosial platformalarda bu cür elanlarla üzləşən zaman ilkin ödəniş tələb edilirsə, artıq vətəndaşlar həmin səhifələrdən şübhələnməlidirlər. Sosial şəbəkələrdə bu cür qanunazidd əməllərin qurbanı olan şəxslər isə bu barədə polis orqanlarına müraciət edə bilərlər”.

***

12:55

Bakıda vətəndaşı onlayn kredit vermək adı ilə aldadıblar.

Bununla bağlı Bakuplus.az-a şikayət ünvanlanıb.

Şikayətçi “TikTok” sosial platformasında “Mikrokredit” adlı səhifəyə rast gəldiyini qeyd edib:

“Səhifəni işlədənlər kredit mütəxəssisi kimi özlərini təqdim edib, telefonla bizimlə əlaqə saxladılar. Nə qədər vəsait verə bilmələrini dəqiqləşdirmək üçün vəsiqənin fotosunu göndərməyi tələb etdilər. Göndərdikdən sonra 6000 min manata qədər kredit verə biləcəklərini dedilər. Hətta 36 ay müddətində 225 manat ödəyəcəyimizi bildirdilər”.

Şikayətçi ofisə yaxınlaşmaq istədiyini qeyd etsə də, qarşı tərəf xidmətin onlayn olduğunu bildirib:

“Daha sonra dörd ədəd mobil əlaqə nömrəsi, yaşayış ünvanı və kart hesabı göndərməli olduğumuzu bildirdilər. Bir qədər sonra hər şeyin hazır olduğunu, tək sığorta üçün 65 manat ödəməyi tələb etdilər. Pulu ödədikdən 40 dəqiqə sonra kredit verəcəklərini söyləyiblər.

Görüntülü əlaqə də saxladılar. Daha sonra sənədə görə 25 manat ödəniş etməli olduğumuzu dedilər. Ödədikdən 10 dəqiqə sonra kreditin rəsmiləşdiriləcəyi bildirdilər. Biz ümumilikdə 90 manat ödəniş etdik, çeki də onlara göndərdik. Lakin onlardan heç bir cavab gəlmədi.

Sonda isə qeydiyyat üçün 75 manat ödəniş ödəməyi tələb etdilər. 5 dəqiqə sonra vəsaitin köçəcəyi bildirildi. Artıq burada bir tərslik olduğunu düşündüm. Ödədiyim 90 manat vəsaitimi geri istədim, lakin bayram günü olduğundan mümkün olmadığını, ancaq bayramdan sonra ərizə əsasında geri verə biləcəklərini qeyd etdilər. Lakin sonra bizim zənglər cavabsız qaldı. Və dələduzluğa məruz qaldığımı anladım. 90 manat artıq geri qayıdan deyil. Lakin başqa ehtiyacı olan şəxsləri aldadıb, hissləri ilə oynamalarını istəmirəm”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlamışıq.

Nəzrin Vahid

 

Son xəbərlər

Xəbər
Dünən, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Xəbər
Dünən, 20:58

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
08 sentyabr 2026, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
08 sentyabr 2026, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
08 sentyabr 2026, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Oxşar xəbərlər