top
Toksikoloqdan xəbərdarlıq: “Özünüzü ilansancma, günvurma və zəhərlənmədən qoruyun”
21 iyun 2025, 07:04
- ↺ +

Toksikoloqdan xəbərdarlıq: “Özünüzü ilansancma, günvurma və zəhərlənmədən qoruyun”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il hava istiləşəndə, xüsusilə də yay fəslində günvurma, qidadan zəhərlənmə, ilan və əqrəb sancmaları artır. 

Azərtac.az-ın əməkdaşı hazırkı vəziyyəti öyrənmək məqsədilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədovadan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Aynur xanım, hava istiləşəndə gündəmə gələn məsələlərdən biri ilan və əqrəbsancmalarla bağlı olur. Bu sahədəki hazırkı vəziyyət barədə məlumat verməyinizi istərdik...

- Cari ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı ilk müraciət aprelin 3-də edilib. Həmin şəxsin vəziyyəti ağır idi, müalicə etdik, sağaldı. Daha sonra may ayında 6, iyunun ötən dövründə isə 5 nəfər ilansancma ilə bağlı şöbəyə müraciət edib. Beləliklə, bu il ərzində ilansancma ilə bağlı şöbəyə daxil olanların sayı 12 nəfərdir. Ölüm hadisəsi qeydə alınmayıb. Ən ağır xəstə bu yaxınlarda Qax rayonundan gəlmişdi. İlan xəstənin çiynindən sancmışdı. Vəziyyəti çox ağır idi. Qan köçürdük, zərdab etdik, 3 həftədən sonra tam sağlam vəziyyətdə evinə getdi.

Qeyd edim ki, hazırda ilanlar çox təhlükəlidir. İlanlar qış yuxusundan ayılıb, çinədanları zəhərlə doludur. İlanlar çinədanlarını boşaltmalıdır. Ona görə də ehtiyatlı olmaq lazımdır.

Əqrəbsancma ilə bağlı müraciət edənləri isə, əsasən, ilkin yardım göstərib evə buraxırıq. Belə şəxsləri çox nadir hallarda stasionar müalicəyə götürürük. Yeri gəlmişkən, Azərbaycanda ən zəhərli əqrəb qara qurddur. Bu, adətən, inşaat materiallarında olur. Həmin əqrəb 3 gün ərzində mərkəzi sinir sistemini zədələyir. Bunun fəsadı ilan zəhərindən də ağır olur.

- İlan və əqrəb sancan vətəndaşlar ilkin olaraq nə etməlidirlər və onların müalicəsi xəstəxana şəraitində necə aparılır?

- İlan sancanda panikaya düşmək: qaçmaq, qışqırmaq olmaz, bu, təhlükəlidir. Həmin an yaranın yeri su, ətir, spirt və digər təmizləyici vasitələrlə yuyulmalı, oraya soyuq nəsə qoyulmalıdır. Yaxud təmiz tənzifi antiseptik vasitə ilə isladıb həmin yerə qoymaq lazımdır. Ağrıkəsici varsa, vurula bilər. Yaranı çərtmək, yarmaq olmaz. Yara sterildirsə, hər hansı müdaxilə olunubsa, bu, ikinci infeksiyanın bədənə daxil edilməsi deməkdir. İlan sancan şəxs zərdab vurulmaq üçün 5 saatadək xəstəxanaya çatdırılmalıdır. Xəstəxanada müvafiq müalicələr aparılır. Düzgün yardım olunduqda, xəstə sağalır. İlansancmadan ölüm hadisəsi çox az qeydə alınır. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancan vətəndaşların müalicəsi üçün hər cür şərait mövcuddur. Zərdabımız var. Hər gün 10 nəfər ilan sancan vətəndaşı qəbul edə bilərik.

Əqrəb sancan yer lokal şişir, göyərir, ağrayır. Əgər xəstədə zəhərə qarşı allergiya varsa, bu hal anafilaktik şoka gətirib çıxara bilir.

Bütün hallarda ilan və əqrəb sancan vətəndaşların həkimə müraciət etmələri onların təhlükəsizliklərinin təminatı deməkdir.

- Həkim, bəs, günvurmalarla bağlı vəziyyət necədir?

- Günvurma ilə əlaqədar müraciətlər hələlik çox azdır. Gözlənilir ki, bir qədər sonra, yəni hava daha da istiləşəndə bu say artacaq. Bu da onunla əlaqədardır ki, dəniz kənarına gedən vətəndaşlar özlərini günəş şüalarından qorumurlar. Düşünürlər ki, günəş şüasını qəbul etmək daha faydalıdır. Amma bilmək lazımdır ki, saat 12:00-dan 16:00-dək günəş şüasının qəbul olunmasının ziyanları günvurmadan da çoxdur. Gün şüasını qəbul etməyin əks göstərişləri var. Onkoloji və beyin mənşəli xəstəlikləri, bədəndə ləkə və xalları olanların, eləcə də uşaqların və hamilə qadınların günəş şüasının altında qalması qəti qadağandır. Vətəndaşlar özlərini qorumalıdırlar. Günün daha isti vaxtlarında günəş şüalarının altında qalmasınlar. Çətirlərdən, enli papaqlardan istifadə etsinlər. Yadda saxlamaq lazımdır ki, kremlər də bədəni günvurmadan tam qorumur.

- Günvurmanın əlamətləri hansılardır və vətəndaşlar bunu necə müəyyənləşdirə bilərlər?

- Günvurma ilkin olaraq hiss edilmir. Lakin bir neçə saatdan sonra bədən sanki yanır, ürəkbulanma, başağrıları və digər bu kimi hallar başlayır. Günvurma çox ağır gedişli xəstəlikdir. Bu hal insanlarda qıcolma, başağrıları, təzyiqin aşağı düşməsi, ürəkbulanma, halsızlıq, huşun itməsi, beyin ödəmi yaradır, kəskin ürək-damar sistemi çatışmazlığına qədər gətirib çıxara bilir. Hətta beyin mənşəli qızdırma o qədər yüksək olur ki, onu dərmanla aşağı salmaq çox çətindir.

- Bəs, günvurma olduqda, nə etmək lazımdır?

- Günvurma olduqda, dərhal təcili tibbi yardıma müraciət edilməli, xəstənin vəziyyəti yerində qiymətləndirilməli və müalicə forması seçilməlidir. Gün vuran şəxsin bədəni xəstəxanaya çatdırılanadək soyudulmalıdır, ona soyuq su verilməlidir. Xəstəxana şəraitində isə hər bir xəstəyə vəziyyətə uyğun olaraq, fərdi yanaşılır.

- Aynur xanım, isti havada qidalardan, xüsusilə də qarpızdan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Hazırda vəziyyət necədir, qarpızdan zəhərlənmə halları qeydə alınıbmı?

- Hələ qarpız mövsümü deyil. Hazırda satışda olan qarpızların tərkibində nitratlar çoxdur, bizə ziyandır. Yeyəndə bunun fəsadları yaranır. Ümumiyyətlə, qarpız alanda onun dadına, rənginə və digər xüsusiyyətlərinə fikir vermək lazımdır. Yeyilməmişdən əvvəl qarpız dəfələrlə yuyulmalı, kəsiləndə içinə baxılmalı və həmin gün yeyilməlidir. Qarpız temperatur 5-6 dərəcə olan yerdə saxlanılmalıdır. Qarpızla yağlı yeməkləri, soyuq içkiləri qarışdırmaq olmaz. Buna əməl olunmadıqda, mədəaltı vəzi yüklənir və bu hal orqanizmdə problemlər yarada bilər.

İnsan qarpızdan zəhərlənəndə ürəkbulanma, qusma və bu kimi digər hallar yaranır. Belə hallar müşahidə edildikdə, dərhal həkimə müraciət olunmalıdır. Əgər qarpızdan zəhərlənən şəxs həkimə tez müraciət edərsə, o, 1-3 saat ərzində müalicə olunur və evə buraxılır. Həkimə müraciət edilmədikdə isə qarpızdan zəhərlənən şəxslər, xüsusilə də risk qrupuna aid olanlar - uşaqlar, hamilə qadınlar və yaşlılar maye itkisi səbəbindən qıc ola, komaya düşə, hətta ölə bilərlər. Ona görə də müalicə özbaşına aparılmamalıdır. Ümumiyyətlə, qarpızdan zəhərlənmədən nadir hallarda ölüm baş verir. Vaxtında həkimə müraciət edən xəstələr tez bir zamanda sağalırlar. Qeyd edim ki, qarpızdan zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin böyük əksəriyyəti ambulator müalicə alır və evə buraxılırlar.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər