top
Toy biznesi çətin durumda - Şadlıq evləri niyə mərasim zallarına çevrilir?
18 mart 2025, 06:52
- ↺ +

Toy biznesi çətin durumda - Şadlıq evləri niyə mərasim zallarına çevrilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir vaxtlar Azərbaycanda geniş şəkildə inkişaf edən və böyük biznesə çevrilən şadlıq evləri indi tənəzzül dövrünə qədəm qoyur. 2000-ci illərin əvvəllərində paytaxtda və regionlarda çoxlu sayda şadlıq evləri tikilməyə başladı. Həmin illər Azərbaycanda toyların çox olması səbəbindən insanların böyük mərasimlər üçün şadlıq evlərinə olan tələbi yüksək idi. Şadlıq evləri toy mərasimlərinin keçirilməsi üçün ən uyğun məkanlar olmuş, yüksək gəlir gətirən bir sektora çevrilmişdi.

Lakin son zamanlar bu sahədə dəyişikliklər baş verməyə başlayıb. Qiymətlərin yüksəlməsi, rəqabətin artması və gəlirlərin azalması şadlıq evlərinin fəaliyyət istiqamətini dəyişdirmək məcburiyyətində qoyub. Diqqət yetirmisinizsə, indi şadlıq evləri nadir hallarda tikilir, hətta vaxtilə bu məqsədlə inşa edilmiş bəzi tikililər ya yarımçıq saxlanılıb, ya da təyinatı dəyişdirilib.

Toy biznesində böhranın müxtəlif səbəbləri var. Modern.az bildirir ki, son illərdə Azərbaycanda toyların sayında əhəmiyyətli bir azalma müşahidə edilir. Toylar nikahla birbaşa bağlı olduğundan evlənmə sayının azalması bu sektora əhəmiyyətli təsir edib.

2000-ci ildən etibarən Azərbaycanda nikahların sayı davamlı olaraq artmağa başladı. Bir neçə il ərzində qeydə alınmış nikahların sayı 39 mindən 88 minə qədər yüksəlmişdi. 2011-ci ildə Azərbaycan tarixində nikahların sayı rekord vurdu – həmin il 88 145 nikah rəsmiləşdirildi.

Sonrakı illərdə nikahlar tədricən azalmağa başladı. 2020-ci il pandemiya və qapanmalar toy biznesinə ciddi zərbə vurdu. Həmin il Azərbaycanda 35 min nikah rəsmiləşdirilmişdi. Belə göstərici sonuncu dəfə 1971-ci ildə qeydə alınmışdı. Həmin il Azərbaycan əhalisinin sayı 5,2 milyondan bir qədər çox idi.

2021-ci ildən toylara müəyyən məhdudiyyətlər çərçivəsində icazə verilməsinə başlandı. Düzdür, nikahların sayı artdı, lakin əvvəlki tempə çatmadı və daha da azalmağa başladı. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 61 min nikah qeydə alındığı halda, 2023-cü ildə nikahların sayı 54 minə, 2024-cü ildə isə 49 minə düşdü.

Beləliklə, son 14 ildə Azərbaycanda nikahların sayı 45 faiz azalıb. Özü də bu azalma əhalinin sayının 10 faiz artdığı bir dövrədə baş verir. 2011-ci illə müqayisədə Azərbaycan əhalisi 1,1 milyon nəfər artıb.

Azərbaycanda hər gün orta hesabla 135 nikah rəsmiləşdirilir, lakin bu nikahların heç də hamısı böyük və dəbdəbəli mərasimlərlə yekunlaşmır. Azərbaycanda hər gün keçirilən 135 nikahın təxminən 100-ü şadlıq evləri və restoranlarda baş tutur. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda fəaliyyət göstərən şadlıq evlərinin sayı 600-dən çoxdur. Ancaq toy və şənliklər üzrə ixtisaslaşmış onlayn platformalarda yalnız 200-ə yaxın şadlıq evi xidmətlərini təklif edir. Bəzi şadlıq evlərinin bir neçə zalları var və  bu zalların hər biri eyni anda müxtəlif toy mərasimlərinə ev sahibliyi edə bilər. Belə olan halda, gündə keçirilən 100 toy bu şadlıq evləri arasında necə bölüşdürülür? Deməli, hansısa obyektlər toysuz qalır.

Şadlıq evinin administratoru Ramin Musayev bildirir ki, pandemiya bu bazarı əməlli-başlı çökdürüb. İndi əvvəlki illərdə olduğu kimi kütləvi toylar keçirilmir: “Əvvəllər ayın müəyyən günləri üçün əvvəlcədən rezervlər olurdu, indi artıq belə gərginliklər azalıb. Həm də toya gələnlər də azalıb. Əvvəllər toy sahibləri daha çox qonaq dəvət edərdilər. İndi ən yaxın və münasib bilinən qonaqlar dəvət olunur. Əlbəttə ki, menyu qiymətləri də burada rol oynayır. Təsəvvür edin, pandemiyadan əvvəllə müqayisədə toy menyularının qiyməti 2 dəfə artıb. Bunu toya adam çağıranların çoxu nəzərə alır.”

Son illər artıq bu sahədə yeni meyllər müşahidə olunur. Vaxtilə toy biznesi yerini yas mərasimləri biznesinə verməyə başlayıb. Yas məclislərinin daha sadə və sivil formada keçirilməsi, bu sahədə yeni bir bazarın canlanmasına səbəb olub. Şadlıq evləri ilə müqayisədə mərasim evləri daha rəqabətqabiliyyətlidir. Bu obyektlərdə şadlıq saraylarında mövcud olan mövsümi məhdudiyyətlər və yüksək əməliyyat xərcləri yoxdur. Mərasim evləri, şadlıq saraylarının əksinə olaraq, Məhərrəmlik və Ramazan aylarında da fəaliyyət göstərir.

Eyni zamanda, mərasim evlərinin şadlıq saraylarına nisbətən əməliyyat xərcləri də daha aşağıdır. Şadlıq evləri böyük zallar və bahalı dekorasiyalarla təchiz olunduğu üçün onların əməliyyat xərcləri daha yüksəkdir. Bu isə qiymətlərin artmasına səbəb olur.

Bəzi şadlıq evləri artıq ticarət və xidmət obyekti kimi fəaliyyət göstərir. Əslində şadlıq evləri müxtəlif mağazaların və restoranların yerləşməsi üçün yaxşı bir məkandır. Geniş və açıq sahələr mağazaların yerləşməsi və müştərilərin rahat şəkildə alış-veriş etməsi üçün əlverişlidir.

Şadlıq sarayları yalnız toy mərasimləri üçün deyil, müxtəlif məqsədlər üçün də istifadə oluna bilən binalardır. Burada konfrans, seminar, təlimlər və işgüzar toplantılar keçirmək olar. Şirkətlər və təşkilatlar bu məkanlardan  korporativ tədbirlər, təqdimatlar və digər iş fəaliyyətləri üçün faydalana bilərlər.

Eyni zamanda, geniş mətbəxlər və yemək xidmətləri olan şadlıq evləri restoran və kafe kimi də fəaliyyət göstərə bilər.

Şadlıq evləri ticarət sahələri üçün də yaxşı imkanlar təqdim edir. Bu binalarda müxtəlif mağazalar və ticarət mərkəzləri açmaq mümkündür.

Böyük və açıq sahələr, həmçinin idman və sağlamlıq mərkəzləri üçün də ideal şərait yaradır. Fitness studiyaları, aerobika və yoqa dərsləri kimi fəaliyyətlər bu məkanlarda asanlıqla təşkil edilə bilər.

Şadlıq evləri sərgi və təqdimatlar üçün də geniş imkanlar yaradır. Burada konsertlər, teatr tamaşaları üçün də uyğun şərait mövcuddur.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər