Tullantıların saxlanmasına və yandırılmasına görə müəssisə və ticarət obyektlərində yoxlamalar aparılıb. Bu barədə bu gün, 25 iyul tarixində Bakuplus.az Dövlət Ekologiya Xidmətinə istinadən məlumat verir.
Dövlət Ekoloji Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şosesi, 1 ünvanında tullantıların anbara yığılması və yandırılması faktı aşkar edilib.
Faktla bağlı protokol tərtib olunub, ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədiyinə görə adıçəkilən obyektin nümayəndəsi cərimələnib.
Ərazi tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi üçün obyektin sahibinə məcburi göstəriş verilib.