Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin 11 sürücüsü polis tərəfindən saxlanılıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həmin sürücülərin, əsasən, xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təkliflər etmələri, eləcə də taksi görüntüsü yaradaraq narkokuryerlik etmələri məlum olub.
Saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunduğu bildirilir.