Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbə hələ də istilik verilmir.
Məlumata görə, şagirdlər soyuqdan dərsdə otura bilmir.
“Mənim uşağım birinci sinifdə oxuyur. Uşaqlar dərsdə gödəkcə, əlcəklə otururlar. Sentyabr ayından söz veriblər ki, düzəldəcəklər. Hələ indi istilik sistemlərini gətirirlər”, - deyə valideynlərdən biri deyib.
Daha ətraflı Baku TV-nin videomaterialında: