top
Vüqar Bayramov: “Məqsəd güzəştlərin dairəsini genişləndirmək, mədəniyyət sektorunu dəstəkləməkdən ibarətdir” - ÖZƏL AÇIQLAMA
16 dekabr 2024, 07:00
- ↺ +

Vüqar Bayramov: “Məqsəd güzəştlərin dairəsini genişləndirmək, mədəniyyət sektorunu dəstəkləməkdən ibarətdir” - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra mühüm qanun layihələri III oxunuşda qəbul edilib.

Bunlardan biri “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsidir. Bu dəyişikliklər yerli istehsal avtobuslarının satışının ƏDV-dən azad edilməsi, mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50%-nin geri qaytarılması, bərpaolunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsi və dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi kimi məsələləri əhatə edir.

Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi də III oxunuşda qəbul edilib. Bu dəyişikliklər, iqtisadiyyatın rəqəmsallaşması və nağdsız ödənişlərin artırılması məqsədini daşıyır.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, mədəniyyət sektorunda vergi güzəştlərinin dairəsi genişlənir, eyni zamanda vergi güzəştlərindən istifadə edəcək subyektlərin sayı artırılır:

“Mədəniyyət sektorunda çalışan sahibkarlıq subyektləri üçün növbəti 5 il müddətində torpaq vergisi tam, mənfəət vergisi isə 90 faiz güzəştlə tətbiq olunacaq.  Yəni sahibkar torpaq vergisindən azad olunur. Mənfəətin və ya gəlirinin isə yalnız 90 faizini ödəyəcək. Bu o deməkdir ki, mənfəət vergisi üzrə güzəşt 75 faizdən 90 faizə çatdırılıb. Bu güzəştdən istifadə edən subyektlərin sayı artırılıb. Əvvəllər subyektlərin sayı 1 idi”.

V.Bayramov qeyd edib ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti zamanı göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən Əlavə Dəyər Vergisinin 50 faizi geri qaytarılacaq:

“ƏDV-də keşbek tətbiq olunacaq. Teatr tamaşası və yaxud da film nümayişi ilə bağlı xidmət göstərirsə, orada olan ödənişlər üçün Əlavə Dəyər Vergisinin yarısı keşbek olaraq yenidən hesaba qaytarılacaq. Bütövlükdə məqsəd güzəştlərin dairəsini genişləndirmək və mədəniyyət sektorunu bu kontekstdən dəstəkləməkdən ibarətdir”.

Deputat bildirib ki, Vergi Məcəlləsində olan dəyişikliklərdən biri də bir sıra sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlıdır:

“Növbəti ayın 1-dən qüvvəyə minəcək dəyişkliklərdə yerli avtobus istehsalçılarına vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Ölkə ərazisində istehsal olunan avtobusların satışı, eləcə də hüquqi şəxslər tərəfindən təsdiqedici sənəd əsasında istehsal məqsədi ilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində Əlavə Dəyər Vergisindən azad olunacaq. Bu da birmənalı şəkildə yerli avtobus istehsalının stimullaşdırılmasına gətirib çıxaracaq.

Azərbaycan avtobusların istehsalını yaşıl iqtisadiyyat prinsipinə uyğun olaraq təşkil etmək niyyətindədir. Bununla bağlı artıq dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb. Bu da nəticə etibarı ilə həmin avtobusların xərclərinin azalmasına gətirib çıxaracaq. Gözlənti ondan ibarətdir ki, bu da bir tərəfdən avtobus parkının yenilənməsi və xidmət keyfiyyətin artmasına səbəb olacaq. İctimai nəqliyyatda xidmət səviyyəsinin artmasını müşahidə edəcəyik. Vergi güzəştlərinin tətbiq edilməsi ictimai nəqliyyatda yeni qaydaların tətbiqinə imkan verəcək. Bu da nəticə etibarı ilə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün yeni imkanlar deməkdir”.

İqtisadçı-ekspert Emin Qəribli isə əlavə edib ki, dəyişikliklər bugünkü dövrün tələbləridir:

“Bizim ərazimizdən tranzit keçən avtomobillərdən müvafiq vergi tutulmur. Gərək buradan keçən avtomobillərin məsrəfləri aşağı düşsün ki, yolumuzu seçsinlər. Bu da bizim ölkəmizə külli miqdarda dividendlər gətirəcək.

Alternativ enerji ilə çalışan avtomobillərin idxalında müsbət yeniliklər var. Azərbaycanda elə dövr gəlib ki, vergi güzəştlərinin siyahısını artırmaq lazımdır. Postneft dövrü yaşayırıq. Bu dövrdə yetərincə maliyyə resurslarımız var. Güzəştlə real iqtisadiyyatımızı sənaye sahəsində artıra bilərik. Biz rəqabətli bir mühitdə yaşayırıq. Qonşu ölkələr kifayət qədər güzəştlər tətbiq edir. Biz bunu da nəzərə almalıyıq.

Və vergi güzəştlərini elə tətbiq etməliyik ki, biz onlardan geri qalmayaq. Hesab edirəm ki, vergi güzəştləri çoxalmalıdır və perspektivli sahələr seçilməlidir. Əksər vergilərdən ləğv edilməlidir”.

Nəzrin Vahid

 

 

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər