Novxanı bağları massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun anasının əməliyyatı yubanır.
Bu barədə Oxu.az-a mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
O bildirib ki, anası Aida Həşimova "Yeni Klinika"dan özəl tibb müəssisələrindən birinə təxliyə olunub:
"Özəl tibb müəssisəsindəki həkimlər anamı müayinə etdikdən sonra əməliyyatın vaxtını uzatmağa qərar verdilər. Əməliyyatın iki-üç gün sonra keçirilməsi nəzərdə tutulub".
Xatırladaq ki, sözügedən partlayışda xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimovadır.