top
Xətai rayonunda Kaspar binasının qarajları sökülür: sakinlərin maşınlarını saxlamağa yeri qalmır
23 sentyabr 2022, 04:30
- ↺ +

Xətai rayonunda Kaspar binasının qarajları sökülür: sakinlərin maşınlarını saxlamağa yeri qalmır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Xətai rayonu, Xudu Məmmədov, 2 ünvanındakı Kaspar kimi tanınan ərazidə sakinlərə məxsus əlliyə yaxın qaraj sökülür. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Şikayətçilər iddia edirlər ki, söküntü qanunsuz aparılır. Qaraj sahiblərinə aparılan işlərlə bağlı tələb olunan sənədlərin təqdim edilməməsi, həmçinin söküntünü hansı qurumun həyata keçirdiyini bilməmələri onları bu cür fikirlərə sövq edir. Sakinləri narahat edən digər amil isə söküntüdən sonra burada nəyin tikiləcəyidir. Belə ki, şikayətçilərin bir qismi sökülən ərazidə hündürmərtəbəli yaşayış yerinin, digər qismi iaşə obyektinin və ya qazanxananın tikiləcəyini deyir.

Həmin ünvandakı binalar 1968-ci ildə gəmiçilər üçün inşa olunub və ərazidə sakinlər üçün qaraj sahəsi də ayrılıb. Qaraj sahibləri deyirlər ki, bu yer uzun illərdir onların istifadəsindədir. Onlar bu yerin sökülməsini istəmirlər. Qarajlar üçün texniki pasportlar da var. Lakin söküntünü aparanlara təqdim olunanda sakinlərə bu sənədin heç bir mənasının olmadığı bildirilib.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov sökülən qarajların yerində yeni modul tipli qazanxananın tikiləcəyini bildirib. O, görülən işlərin Nazirlər Kabinetinin 26 aprel 2022-ci il tarixli 271C sərəncamına uyğun olaraq aparıldığını vurğulayıb. Həmin sərəncama əsasən, istismar müddətini başa vurmuş qazanxanalar yeni modul tipli qazanxanalarla əvəz edilir.

“Bildiyimiz kimi, bugünkü qanunlara görə, həmin qarajlar müvəqqəti xarakter daşıyır. Yəni hər hansı bir dövlət tədbiri keçirilən zaman onların köçürülməsi, onların ləğv olunması həyata keçirilə bilər. Xudu Məmmədov, 2 və digər ünvanlarda həyata keçirilən tədbirlər bununla əlaqədardır. Qaldı ki o qarajların texniki pasportu, o hüquqi sənəd deyil. Onun yerləşməsi haqqında verilən bir sənəddir”, - deyə İmanov izah edib.

Pənah İmanov, həmçinin bildirdi ki, bu cür söküntü işləri digər ərazilərdə də aparılacaq.

[caption id="attachment_71064" align="alignnone" width="640"]Xətai rayonunda Kaspar binasının qarajları sökülür Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər