Bakıda yolun ortasında açıq qalan kanalizasiya quyusu aşkarlanıb. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində kanalizasiya quyusunun ağzı açıq qalıb. Lakin quyunun qabağına xəbərdaredici nişan qoyulmayıb.
Sözügedən yolun yaxınlığında yeni tikili bina və “Neptun” market var. Həmin küçənin insanların sıx yaşadığı ərazi olduğunu nəzərə alsaq, hər hansı qəza ehtimalı real görünür.