top
Xərclənən milyonlar: Azərbaycanda geyim xərcləri ARTIR - FOTO
06 dekabr 2024, 00:24
- ↺ +

Xərclənən milyonlar: Azərbaycanda geyim xərcləri ARTIR - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gözəl və yaraşıqlı görünmək insanların ən təbii və eyni zamanda ən böyük arzularından biridir. Hər kəs görünüşü ilə özünü daha yaxşı hiss etmək və cəmiyyətin gözləntilərinə cavab vermək istəyir. Geyim insanların xarici görünüşünü ifadə edən əsas elementlərdən biri olmaqla yanaşı, rahatlıq və funksionallıq baxımından mühüm əhəmiyyətə malikdir. O, həm də sosial statusumuzu, şəxsiyyətimizi və dünyaya baxışımızı əks etdirən mühüm bir vasitədir. Hər gün geyindiyimiz paltarlar bizə yalnız rahatlıq və istilik təmin etməklə kifayətlənmir, eyni zamanda ətrafdakılarla əlaqə qurmağımıza da təsir edir.

Çox, yoxsa bahalı geyinirik?

Geyim seçimi bir çox fərqli amillərdən - dəb trendləri, şəxsi zövqlər, iqtisadi imkanlar və sosial vəziyyətdən asılı olaraq dəyişir. Hər mövsüm yeni kolleksiyalar və dizaynlarda buraxılan markalar insanların geyimlə bağlı xərclərini artıran əsas amillərdən biridir. Moda dünyasında yeni məhsulların təqdim edilməsi ilə insanlar köhnə paltarları çıxarıb yeni geyimlər alır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda son 10 ildə əhalinin geyimə xərclədiyi vəsait 2,1 dəfə artıb. 2014-cü ildə bu sektorun dövriyyəsi 3,9 milyard manatdan 2023-cü ildə 8,4 milyard manata yüksəlib.

Başqa sözlə, 1 nəfər ildə orta hesabla 840 manat, ayda 70 manatlıq geyim alıb. Bu göstəricilər bir il əvvəllə müqayisədə 5,5 faiz çox olub. Bu ilin 10 ayında isə geyimə xərclənən vəsait 6,8 milyard manat, adambaşına təxminən 680 manat təşkil edib. Bu məbləğ gəlir səviyyəsindən asılı olaraq dəyişir. İmkana görə minimum tələbatdan tutmuş lüks brendlərin alınmasınadək geyimə pul xərclənir.

Azərbaycanda geyimə olan tələbat yalnız gündəlik həyatla məhdudlaşmır, eyni zamanda iş dünyasında və sosial tədbirlərdə də böyük əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, paltarın 40-50 faizi işgüzar məqsədlər, 20-30 faizi xüsusi günlər və bayramlar, qalanı gündəlik istifadə üçün alınır.

Statistik məlumatlara görə, Azərbaycanda ildə 4,2 milyon cüt corab, 680 min ədəd üst geyimi, 940 min ədəd alt geyimi, 750 min cüt ayaqqabı istehsal olunur. Hazırda ölkədə geyimə tələbatın əksər hissəsi idxal hesabına ödənilir. Papaqdan tutmuş ayaqqabıyadək məhsulların çoxunu xaricdən alırıq. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ildə xarici ölkələrdən Azərbaycana 178 milyon dollarlıq paltar və geyim ləvazimatları, 51 milyon dollarlıq digər toxuculuq məmulatları, 136 milyon dollarlıq ayaqqabı, 9,7 milyon dollarlıq baş geyimi gətirilib.

Onlayn paltar alış-verişi

Mütəxəssislərin fikrincə, son 10 ildə geyim xərclərinin artması həm iqtisadi, həm də sosial amillərlə bağlıdır. İqtisadiyyatda baş verən inkişaflar insanların alıcılıq qabiliyyətini artırıb, eyni zamanda, sosial şəbəkələr və moda trendləri cəmiyyətdə geyimə olan marağı daha da gücləndirib. Nəticədə insanlar yalnız dəbli olmaqla kifayətlənməyib, həm də brend və keyfiyyətli məhsullara üstünlük verməyə başlayıblar.

Xaricilər də geyimlərindən qalmırlar

ABŞ

ABŞ dünyada geyimə ən çox pul xərcləyən ölkələrdən biridir. ABŞ vətəndaşları ildə  geyim və ayaqqabıya 600 milyard dollar xərcləyirlər. Başqa sözlə, bir amerikalı il ərzində geyimə təxminən 1800 dollar pul xərcləyir.

Avropa ölkələri

Avropada geyimə xərclənən vəsaitin miqdarı ölkələrdən asılı olaraq fərqlənir. Almaniyada  bir nəfər ildə geyimə təxminən 700-800 avro  pul xərcləyir. Fransada bu rəqəm 1000 avro, Böyük Britaniyada 800 funt sterlinq təşkil edir.

Yaponiya

Yaponiya da geyimə xərclənən vəsaitin çox olduğu ölkələrdən biridir. Yaponiya əhalisi geyim və ayaqqabılara təxminən təxminən 100 milyard dollar pul sərf edir.

Çin

Çinli istehlakçılar ildə təxminən 6 trilyon dollar geyimə sərf edirlər. Bir çinli  ildə 400-500 dollar arasında geyimə pul xərcləyir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər