Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Bakuplus.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 10:52-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 30 kilometr olub.