Xırdalanda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bakuplus.az-a verilən məlumata görə, şəhər sakininin 2 bank kartından 3293 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı R.Əhmədli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.