Abşeronda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
46 yaşlı Məhərrəmov Emin Muxtar oğlu yaşadığı binanın 8-ci mərtəbəsinin blokunun eyvanından özünü ataraq, həyatına qəsd edib. Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.