top
İtlər jurnalistə hücum çəkdi - FOTO/VİDEO + YENİLƏNİB
27 yanvar 2025, 06:28
- ↺ +

İtlər jurnalistə hücum çəkdi - FOTO/VİDEO + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalanda itlər jurnalist Elsevər Məmmədi dişləyib.

Bakuplus.az xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir: “Dəfələrlə aidiyyəti quruma müraciət etsək də, sorğumuza ənənəvi cavabı almışıq. Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə AAAF Parkda və Xırdalan ərazisində kütləvi şəkildə itlərin olduğu barədə irad bildirsəm də, eyni şablon cavabı alıram. Bəlkə dəfələrlə bu mövzunu işləmişik, amma onların vecinə deyil. Bu gün itlər üstümə hücum çəkdi, bir neçəsini qova bilsəm də, biri ayağıma yapışdı, belə dişlədi. Üstəlik, məndən başqa 4 nəfəri də bu gün it dişləyib. İndi təsəvvür edin mənim yerimdə hansısa məktəbli və qadındır. İt onu nə günə qoyacaq? Amma heç kəsin vecinə deyil. Təxmini 200-ə yaxın it var. Heç kim də baxmır”.

İtlər jurnalistə hücum çəkdi

***

Xırdalan şəhər sakinləri sahibsiz itlərdən təngə gəlib.

Bakuplus.az-a müraciət edən şikayətçilərin sözlərinə görə, artıq bu, ciddi problemə çevrilib.

İnsanlar ehtiyatla gəzirlər ki, heyvanlar sürü halında onlara hücum etməsin.

Sakinlərin sözlərinə görə, itlər əsasən Heydər Əliyev parkında məskunlaşıblar.

Bildirilir ki, onlar ən çox uşaqlar üçün təhlükə yaradırlar.

“Uşaqlarımız məktəbə gedib gələndə narahat oluruq. Çünki hər yerdə itlər sərbəst hərəkət edir”, - şikayətçi bildirib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

“Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb”, - deyə qurumdan bildirilib.

Həmçinin qeyd edilib ki, bununla yanaşı Abşeron rayonunda da Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər