top
Xırdalandakı qalmaqallı məktəbdə şagirdlər niyə dörd-dörd OTURDULUR? – Rəsmi AÇIQLAMA + VİDEO 
13 dekabr 2024, 07:02
- ↺ +

Xırdalandakı qalmaqallı məktəbdə şagirdlər niyə dörd-dörd OTURDULUR? – Rəsmi AÇIQLAMA + VİDEO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gündür ki, sosial şəbəkələrdə Xırdalan şəhəri 2 saylı orta məktəbin şagirdlərinin oxuduqları təhsil ocağı ilə bağlı narazılıqlarını əks etdirən video paylaşılır. Videoda şagirdlər iddia edirlər ki, təhsil aldıqları məktəb şəraitsizdir.

Onların dediyinə görə, sinifdə parta çatışmazlığından üç-üç, dörd-dörd otururlar:

"Sinifdə 26 nəfərik. Otaqlarda işıq yanmır, qaranlıq olur, kitablar cırıqdır, hər şey pis vəziyyətdədir".

Şagirdlər deyir ki, məktəbin daha bir problemi sanitar qovşaqlarının işləməməsidir. Onlar hətta orada şagirdlərdən birinin yıxılaraq başını zədələdiyini də iddia edirlər:

“Keçən il bir uşaq yıxıldı, başı partladı. Tualetlər işləmir”.

Valideynlərdən biri bildirir ki, "Məktəbdə keyfiyyətli dərs deyən müəllim yoxdur. Onlar dərslərə yetərli diqqət ayırmırlar. Məktəbdə fond pulu yığılır, amma problemlər həll edilmir".

İddialara görə, hətta məktəbin Leyla adlı müəlliməsi bu problemləri səsləndirdiyi üçün işdən çıxarılıb.

Videoda səsləndirilən narazılıqlarla bağlı Bizim.media sözügedən məktəblə əlaqə saxlayıb.

Məktəb rəhbərliyi bu mövzuda danışmaqdan imtina edərək Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməyi məsləhət görüb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmisi Səbinə Məmmədova Bizim.Media-nın sualını belə cavablayıb:

“Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərimizdəndir. Belə ki, son bir il ərzində idarənin tabeliyində olan 20-dən çox məktəbdə cari, 7 məktəbdə isə əsaslı təmir işləri aparılıb, 1 yeni məktəb tikilərək istifadəyə verilib. Xırdalan şəhər 2 nömrəli məktəbin binasının mövcud vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinə baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib.

Maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəbin növbəti il əsaslı təmir edilməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Qurum rəsmisi şagird sıxlığı ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib. O deyib ki, əhalinin çox sıx məskunlaşdığı Xırdalan şəhərində yerləşən məktəblərdə tədrisin keyfiyyətli və fasiləsiz təşkili daim nəzarətdə saxlanılır:

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilib. Həmin normalara əsasən, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Bildiririk ki, şagird sıxlığı məsələsinə nəzarət edilir və normalara uyğun siniflər komplektləşdirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə səsləndirilən digər iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırmalar aparılır”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər