Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 79 ünvanında kanalizasiya suyu binanın zirzəmisinə axır. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən beşmərtəbəli binada kanalizasiya boruları partlayıb və uzun zamandır ki, çirkab su tikilinin zirzəmisinə axır. Bu da antisanitar vəziyyət, həşəratlar və gəmiricilər üçün şərait yaradır. Nəmişlik səbəbindən mənzillərə də ciddi ziyan dəyir, divarlar kiflənir, döşəmələr şişir.
“Bura pandemiyanın mərkəzidir. Siz axşam bura gəlin, 5 dəqiqə otura bilməzsiniz. Üfunət iyindən məhləyə girmək mümkün deyil. Heç kim bura baxmır”, - deyə onlar vurğulayırlar.
“Azərsu” ASC-dən məsələdən xəbərdar olduqlarını bildiriblər. Qurum qeyd edib ki, yaxın zamanda zirzəmidəki su nasoslarla çəkiləcək, daha sonra isə borular təmir olunacaq.
[caption id="attachment_70072" align="alignnone" width="640"]
Foto Real Tv-nin rəsmi Youtube kanalı[/caption]