top
“Yaşarın ölümündən 13 il ötür, adına nə küçə var, nə ev muzeyi” – İTTİHAM + FOTO
07 yanvar 2025, 01:12
- ↺ +

“Yaşarın ölümündən 13 il ötür, adına nə küçə var, nə ev muzeyi” – İTTİHAM + FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yaşar dünyasını dəyişdiyi bir il idi, zəng etdilər ki, yaşadığı binanın önündə memorial lövhə qoyulacaq. Söhbət Heydər Əliyev sarayının yaxınlığındakı evdən gedir ki, Yaşar orada 17 il yaşayıb. Gediş-gəlişli yol olduğu üçün orada lövhənin olması yaxşı olardı. Dedilər ki, gözləyin, sizə deyəcəyik. 12 ildir gözləyirəm. Daha sonra küçə adı ilə maraqlandım. Mənə dedilər ki, Yaşar Nurinin adının veriləcəyi küçəni hələ tapmamışıq, tapanda sizə deyərik. Bütün bu hadisələrin üstündən 12 il ötür”.

Bunu medianews.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Yaşar Nurinin ömür-gün yoldaşı Rəhimə Nuriyeva deyib.

O daha sonra əlavə edib: “Sonuncu dəfə mədəniyyət nazirinin qəbuluna gedəndə məni müavinlərindən biri qarşıladı. Heç bilmirəm hansı müavinidir. Bilmək də istəmirəm. Yenə də küçə adını xahiş etdim. Dedi ki, 75 illik yubileyinə yaxın biz bu işləri həll edəcəyik. Dedim ki, şəhərdə küçə adı vermirsinizsə verməyin, Maştağada verin. Çünki o köklü Maştağalıdır. Əksər sənətkarların ailə üzvləri şəhər mərkəzlərini istəyirlər, mən Maştağaya da razı idim. Amma heç Maştağada da vermədilər. Hətta bu xahişlərlə bağlı nazirliyə müraciət edəndə mənə dedilər ki, Yaşar Nuri sağlığında hər şeylə təmin edilib. Mən bunu bilirəm, dövlətimiz, ölkə başçımız hər zaman sənətkara diqqətlə yanaşıb. Amma söhbət dünyasını dəyişəndən sonra müəyyən qurumların göstərdiyi diqqətdən gedir. Halbuki o qurumların heç birindən bir damcı da diqqət və qayğı görməmişik. Bir insan çıxıb demir ki, bu sizin borcunuz və vəzifənizdir”.

Sənətkarın ömür-gün yoldaşı təxminən üç dəfə Mədəniyyət Nazirliyinə müraciət etdiyini, lakin nazirin qəbuluna düşə bilmədiyini vurğulayıb:

“Nazir şəxsən özü qəbul etməyib. Müavinləri qəbul edib. Dəfələrlə elektron müraciət də ünvanlamışam. 13 ildir Yaşar dünyasını dəyişib, hələ də adına küçə yoxdur. Amma 2-3 il dünyasını dəyişən sənətkarların adına yaşadıqları və yaxud doğulduqları ünvanda küçə adları var. Bu qanuni olan bir şeydir. Bunu nazirlik aidiyyəti qurumlara təklif edir və onlar da həll edirlər. Küçə adları nə mənə, nə qızlarıma, nə də qohumlarıma lazım deyil. Biz Yaşarı tanıyırıq. Böyüyən və yetişən gənc nəsil var. Heç olmasa o küçədən keçəndə başını qaldırıb sual versin ki, Yaşar Nuri kim olub? Girib internetdə maraqlansın. O vaxt ev muzeyi yaratmağı təklif etdim. Min bəhanə gətirdilər, yaylıq götürüb ağladılar ki, gərək büdcə ayrılsın. Məcbur qalıb uzaqlaşdım”.

R.Nuriyeva küçə adı verilməsi üçün maliyyə vəsaitinə ehtiyac olmadığını diqqətə çatdırıb:

“Bunun üçün büdcəyə ehtiyac yoxdur axı. Bir lövhədir, ad və soyad yazılacaq üstünə. Mən o boyda titulları olan sənətkarın həyat yoldaşıyam. Əgər mənə belə münasibət varsa, gör adi, mədəniyyət sahəsində işləyən sıravi sənətçiyə nə qədər zərbələr endirilir. Həyatda hər şeyi pul həll etmir. Gələcək nəsil var. Təbliğat yoxdur. Pis şeyi təbliğ edirlər, amma hamıya lazımlı nələrisə təbliğ edən yoxdur. Bunu da nazirliyə təklif etdim ki, televiziyada ayda bir dəfə nəinki Yaşarın, eləcə də digər sənətkarların oynadığı televiziya tamaşalarının təhlili getsin. Məktəbin yuxarı sinif şagirdlərini və tələbələri yığıb ustad dərsi keçsinlər. “Səni axtarıram” televiziya tamaşası elə böyük dərs vəsaitidir də. Qoy tələbələr araşdırsınlar ki, saf sevgi həyatda necə olur. Yüz dəfə demişəm, bu qulaqdan alıb, o biri qulaqdan veriblər. Başları ancaq göstəriş üçün keçirilən festivallara qarışıb. Göy “qaloçka” qoysunlar ki, biz bu tədbiri də etdik. Ona görə də mənəviyyata qulluq edən insanlar azalıb”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər