top
Yayda belə sərin hava normaldır?
08 iyul 2025, 04:15
- ↺ +

Yayda belə sərin hava normaldır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə trend.az-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev açıqlama verib.

Onun sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir: “Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər”.

Dosent bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır: “Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.

Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.

H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir: “Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər