top
Yeni il süfrəsi neçəyə başa gələcək? – ÖZƏL AÇIQLAMA
23 dekabr 2024, 07:00
- ↺ +

Yeni il süfrəsi neçəyə başa gələcək? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni il bayramına az bir müddət qalıb. Bayram süfrəsi açmaq üçün insanlar indidən bazarlara üz tuturlar. Bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından öncədən alış-verişə başlayıblar.

Hazırda alış-verişin ən qızğın vaxtıdır. Hər il bayram ərəfəsində çəkilən xərclər ötən illə müqayisə olunur. Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarında qiymətlərdə artım müşahidə olunur. Bu da öz növbəsində bazarlarda alıcılıq qabiliyyətinə təsir göstərəcək.

Bəs görəsən, bayram süfrəsi orta statistik azərbaycanlı üçün neçəyə başa gəlir? Hansı məhsulların qiymətində artım müşahidə olunur? Ərzaq məhsullarının bahalaşması fonunda süfrələrdəki çeşidliliyi necə təmin edək?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, 2024-cü ildə qeydə alınan bahalaşma və ya inflyasiya ailələrin bayram ilə əlaqədar xərclərinə də təsir göstərəcək:

“Biz əvvəlki ilin noyabr ayı ilə müqayisədə görərik ki, bu ilin noyabr ayında qida məhsullarında 5 faizə qədər, xidmətlərdə 6 faizə qədər bahalaşma var. Müvafiq qiymət artımları bayram ilə əlaqədar xərclərdə də özünü göstərəcək. Bu ailələr üzrə dəyişir. Hansı ailələrdə qida məhsullarının və ya xidmətlərin daha çox payı varsa, həmin ailələrin xərclərində daha böyük artımlar müşahidə olunur. Hansı ailələrdə ki, qeyri-qida təyinatlı xərclər üstünlük təşkil edirsə, onlarda nisbətən daha aşağı xərclər ola bilər.

Ortalama xərclə bağlı nə isə demək çox çətindir. Çünki bu, kifayət qədər dəyişən göstəricidir. Ailələrin alıcılıq gücündən, gəlirinin dəyişməsindən asılı olaraq fərqlənir”.

R.Həsənov qeyd edib ki, ola bilsin elə ailələr var ki, ümumiyyətlə bayram üçün heç pul xərcləyə bilmirlər:

“Bu məqsədlə büdcə ayıra bilmirlər. Amma biz onu da bilirik ki, bu məqsədlə milyonlarla büdcə ayıra bilən ailələr də vardır. Ona görə də konkret rəqəm səsləndirmək çox çətindir. Amma təcrübə onu göstərir ki, normal dövr ilə müqayisədə bayram dövründə ailələrin xərcləri təxminən 5-6 dəfə artır. Bu aspektdən məsələyə yanaşmış olsaq, bir ailənin xərcləri xidmətlər xaric təxminən300-500 manat arasında olacaqdır. Xidmətlərin strukturu isə kifayət qədər genişdir.

Səyahət edən zaman 10000-20000 manata qədər dəyişir. Daxildə təklif edilən xidmətlərin qiymətinə baxanda, onu aydın şəkildə görmək olar”.

İqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, ötən il ilə müqayisə etsək, görərik ki, rəsmi göstəricilərə əsasən 6 faizə yaxın inflyasiya baş verib:

“Lakin mən hesab edirəm ki, real inflyasiya göstəriciləri bəzi ərzaq məhsulları üzrə daha çoxdur. Yağ, ət (iri və xırda buynuzlu heyvanların) məhsullarında dəyişim var. Ötən il ilə müqayisədə digər ərzaqlarda əhəmiyyətli dəyişiklik hiss olunmur. Bu baxımdan əlbəttə ki, bir bayram süfrəsi zənginliyindən asılı olaraq ailə üçün 300-500 manat arası hesablana bilər.

Bu da ailənin sayından, bayram süfrəsinin zənginliyindən asılıdır. 4-5 nəfərdən ibarət ailə üçün 300-400 manat arası dəyişə bilər”.

BakuPlus.az-ın əməkdaşı araşdırma aparıb. Dörd nəfərlik ailənin bayram süfrəsi minimum 250-300, maksimum 350-400 (və daha çox) manat civarında olacaq.

Məbləği xırdalasaq: Yeni il süfrəsinin vazkeçilməz paytaxt salatı 32 manata, dolma, kələm ilə olarsa 30 manata, yarpaqla 25 manata, aş-qaralı plov 60 manata, ləvəngi toyuqla 15 manata, balıqla 30 manata başa gəlir. İki qazlı içki 6 manat, iki meyvə şirəsi 7 manat, bir alkoqollu içki təxminən 20 manatadır. Hələ sadalanmayan bir çox təamlar da var...

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər