Nəsimi rayonunda inşa olunan “Zəfər bağı”nda son tamamlama işləri aparılır. Bu haqda Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.
Oktyabrın əvvəlində Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanındakı parkların birində başlanan əsaslı təmir və yenidənqurma işləri sona çatmaqdadır. Hazırda əraziyə qazon döşənilir, mövcud yaşıllıqlar bərpa edilir, mövsümi gül-çiçəklər əkilir və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.
“Zəfər bağı” parkı Vətən müharibəsində iştirak etmiş şəhidlərin əziz xatirəsinə salınıb.
[URIS id=12471]