“Araz” supermarketlər şəbəkəsinin mağazalarından birindən alınan “Zolotoy sad” meyvə şirəsinin içərisindən meyvə çürükləri çıxıb.
Bununla bağlı Bakuplus.az-a müraciət edən vətəndaş bildirib ki, məhsulun qapağını açan kimi iyrənc mənzərə ilə qarşılaşıb.
Qeyd edək ki, məhsulun üzərində istifadə müddətinin bitmədiyi görünür.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlamışıq.