top
Bakının general-qubernatoru Mixail Nakaşidzenin ermənilər tərəfindən öldürülməsi
01 noyabr 2022, 07:30
- ↺ +

Bakının general-qubernatoru Mixail Nakaşidzenin ermənilər tərəfindən öldürülməsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

6 fevral 1905-ci ildə Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza Babayevin öldürülməsi ilə erməni-müsəlman qırğınları başlamışdır. Ermənilər evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlıları gülləbaran edirdilər. Evlər, mağazalar, fabriklər və müəssisələr qarət edilir və yandırılırdı. Hər iki tərəfdən yüzlərlə insanın öldürülməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı.

Bu hadisələrdən sonra Bakının general-qubernatoru knyaz Mixail Nakaşidze açıq surətdə bəyan etmişdi ki, iğtişaşların törədilməsində azərbaycanlılar yox, ermənilər günahkardırlar. Bəzi mövqelərə görə, knyaz azərbaycanlılar arasında təbliğat apararaq iğtişaşları daha da alovlandırmaq niyyətində idi. Lakin bunun səbəbi Nakaşidzenin müsəlmanlarla daha yaxın münasibətdə olması idi. Hətta Hacı Zeynalabdin Tağıyev onu özünün və xalqının dostu sayırdı.

Bu səbəbdən “Daşnaksütyun” partiyası Nakaşidzeni terror yolu ilə aradan götürmək barədə qərar qəbul etmişdi. Bu barədə onun özü də xəbərdar idi.

11 may 1905-ci ildə erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Vorontsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatorunun faytonuna ermənilər tərəfindən bomba atılır. Nakaşidze ağır yaralanır və mayın 18-də ölür. Terror aktı zamanı Nakaşidzenin yavəri və hadisə yerindən təsadüfən keçən iki azərbaycanlı da həlak olurlar. Partlayışa görə məsuliyyəti “Daşnaksütyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür. [https://bakucity.preslib.az/az/page/m3MsDkHv8X] 

Məmməd Səid Ordubadinin “Gizli Bakı” kitabında belə yazılmışdır: “Qubernator Nakaşidzenin səmimi dostluq hisslərinə möhkəm inanan Hacı Zeynalabdin Tağıyev mərhuma son borcunu verirdi. Bakının bir çox varlılarının qolunda da matəm lentləri vardı. Elə axmaqlar da tapılırdı ki, deyirdilər: “Yazıq qubernator müsəlmanların hüquqları və maraqları uğrunda mübarizədə qurban olub!”” [Ордубади М. Подпольный Баку. Баку 1940]

Terrorçular 1905-ci ilin oktyabrında mühakimə edilirlər. Məhkum olunan 5 terrorçu haqqında ölüm hökmü verilir. Lakin sonradan 15 yaşı olan Minas Aqasyanın edam hökmü çarın elan etdiyi amnistiyaya görə, ömürlük katorqa ilə əvəzlənir. [Кавказский календарь на 1906 год. Москва-1905]

 

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər