top
Bu gün Azərbaycanın görkəmli alimi Azad Mirzəcanzadənin doğum günüdür
29 sentyabr 2023, 03:08
- ↺ +

Bu gün Azərbaycanın görkəmli alimi Azad Mirzəcanzadənin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın görkəmli alimlərindən biri olub.

Azad 1936-cı ildə 14 nömrəli məktəbin birinci sinfinə gedib, lakin təhsilini 18 nömrəli məktəbdə davam etdirməli olub. Buna səbəb isə məktəbin hərbi hospitala çevrilməsi idi.

[http://www.anl.az/down/meqale/525/2013/oktyabr/333190.htm] 

15 yaşında o, orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olmaq istəyib, lakin yaşı az olduğuna görə onun sənədlərini qəbul etməyiblər. Azad həmin institutunun rektoru Saleh Qocayevə müraciət edib. Sənaye İnstitutunun neft-mədən ixtisasında oxuyanların sayı az olduğuna görə Saleh Qocayev Azadın həmin fakültəyə qəbul olunmasına razılıq verib. [Nəzir-Mahmud Qocayev. XX əsrin görkəmli ixtiraçı alimi Saleh Balay oğlu Qocayev. Bakı-2011] [Misir Mərdanov. Azad Mirzəcanzadə: “Mənim ən böyük arzum budur ki, Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın!”.-Respublika qəzeti.-29 sentyabr 2022] 

1948-1958-ci illərdə alim Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi kimi çalışıb. Sonralar Mirzəcanzadə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. 1959-cu ildən o, ömrünün axırına kimi Azərbaycan Sənaye İnstitutunda kafedra müdiri olub. Akademik Azad Mirzəcanzadə 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. [https://ikisahil.az/post/133032-boyuk-fenomen-akademik-azad-mirzecanzade] 

Mirzəcanzadə 1963-cü ildə Azərbaycan SSR EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilib. O, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni və 2 dəfə Azərbaycan Dövlət Mükafatı ilə təltif olunub. Azad 3 dəfə  akade­mik İ.M.Qubkin adına mükafatın laureatı olub. [İradə Əliyeva. Elmin zirvəsi.-Azərbaycan qəzeti.-6 oktyabr 2018] [https://science.gov.az/ru/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3348] 

Azad Mirzəcanzadə 17 iyul 2006-cı ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib. [https://bakucity.preslib.az/ru/page/pJBmK7vGXo]

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər