top
Dünyanın ilk dənizdə salınmış şəhəri: Neft Daşları
11 noyabr 2022, 00:00
- ↺ +

Dünyanın ilk dənizdə salınmış şəhəri: Neft Daşları

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. Neft Daşları dünyada ilk neft platforması hesab edilir. Burada tikinti işləri 1951-ci ildən başlanmışdır.

1949-cu ildə Xəzərin “Qara daşlar” adlandırılan yerində yeddi gəmi “oturduldu”. Müəyyən müddət ərzində gəmilər arasında taxtadan ilk körpülər salındı və burada evlər tikildi. İlk neft quyusunun qazılması üçün meydança da hazırlandı. 7 noyabr 1949-cu ildə neftçi briqadir Mixail Kaveroçkinin başçılığı altında qazılan buruq fontan vurdu, dünyada açıq dənizdə ilk dəfə neft çıxarıldı. Burada neft buruqları ucaldıldı və vaxtilə gəmiçilik üçün böyük təhlükə olan “Qara daşlar” həmin gündən adını dəyişib Neft Daşları adlandırıldı.

Bir neçə ildən sonra “Neft Daşları” yatağında polad dirəklər üzərində yeni qəsəbənin bünövrəsi qoyuldu. [Məmmədov A.B. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

Neft Daşlarına sərnişin və yükdaşıma ilk illərdə yalnız gəmilərlə həyata keçirilmişdir. 20 iyun 1960-cı ildə Neft Daşlarına ilk vertolyot uçuşu reysi həyata keçirilmişdir.

Lakin fırtınalı günlərdə tanker gəmilərində çənlər aşırdı, neft dənizə axırdı. Dəniz neftçiləri  tərəfindən sualtı neft kəməri çəkilməsi təklif edilir və bu fikir hökumət tərəfindən dəstəklənir. 1980-ci illərin əvvəllərində Neft Daşlarından Dübəndi yaşayış məntəqəsinə sualtı neft boru kəməri çəkilir. Bu, neftin sahilə daşınması problemini həll edir. [Azərbaycan neft və qaz tarixindən maraqlı faktlar. Bakı-2012]

Bu gün Neft Daşları dünyada açıq dənizdə yeganə “şəhər-qala”ya çevrilmişdir. Estakadalarda Bakı neft texnikumunun filialı, xeyli səhiyyə, ticarət müəssisələri fəaliyyət göstərir.

Neft daşlarında bir çox dəniz neftçiləri, Sosialist Əməyi Qəhrəmanları fəaliyyət göstərib: Qurban Abbasov, Akif Cəfərov, Bəxtiyar Məmmədov, Yusif Kərimov, İsrafil Hüseynov, Xanoğlan Bayramov, Məmməd Qəmbərov və başqaları. [http://pirallahi-ih.gov.az/page/54.html]

Neft daşları haqqında şeirlər yazılmış, mahnılar qoşulmuş, kinofilmlər çəkilmişdir. 1999-cu ildə Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər