top
Güllələnmiş 26 komissardan biri olan Məşədi Əzizbəyov
17 avqust 2023, 08:00
- ↺ +

Güllələnmiş 26 komissardan biri olan Məşədi Əzizbəyov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məşədi bəy Əziz bəy oğlu Əzizbəyov 18 yanvar 1876-cı ildə Bakıda anadan olub.

Əzizbəyov 1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra mülki mühəndislər institutuna daxil olmaq üçün Peterburqa gedib. Burada o, gizli marksist dərnəyinin məşğələlərində, tələbə nümayişlərində iştirak edib, 1898-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına (RSDFP) daxil olub. Əzizbəyov 1899-cu ildə Peterburq Texnologiya İnstitutuna qəbul edilib. O, 1900-cu ildə Peterburq ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin “Həmyerlilər” cəmiyyətinin sədri seçilib.

Əzizbəyov 1902-ci ildə Peterburq fəhlələrinin inqilabi çıxışlarında iştirakına görə həbs edilib. O, 1905-ci ildə "Hümmət" sosial-demokrat təşkilatına daxil olub, həmin il Bakı fəhlələrinin ümumi tətilində iştirak edib.

[Əzizbəyova P.Ə. Məşədi Əzizbəyov. Bakı-1955]

1908-1910-cu illərdə RSDFP Bakı komitəsinin tapşırığı ilə Əzizbəyov İran inqilabına (1905-1911) kömək etmək üçün bir neçə dəfə oraya getmiş, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparmışdır. O, həmçinin 1909-cu ildə Bakıda yaradılan İran İnqilabçılarına Yardım Komitəsinə başçılıq etmişdir, Ənzəlidə və Rəştdə inqilabi iş aparmışdır.

1911-ci ildə Əzizbəyov Bakı şəhər dumasının üzvü seçilmiş, burada yoxsulların mənafeyinin müdafiəçisi kimi çıxış etmişdir. O, 1915-ci ildə "Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım komitəsi" sədrinin müavini, 1917-ci  ildə "Hümmət" bolşevik təşkilatı müvəqqəti komitəsinin üzvü seçilib.

1917-ci il Oktyabr çevrilişindən sonra Əzizbəyov sovet Rusiyasının tərəfdarı olur və Azərbaycan milli qüvvələrinə qarşı mübarizədə fəal rol oynayır. Əzizbəyov S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində (BXKS) quberniya komissarı idi. O, 1918-ci ilin mayında BXKS daxili işlər komissarının müavini təyin olunur və Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunlarının Bakıya dəvət olunması əleyhinə çıxış edir.

Əzizbəyov BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan Həştərxana köçürülməsini təşkil etmiş, Bakının azad olunması uğrunda vuruşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. Avqustun 17-də Bakı komissarları ilə birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 17-də Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya göndərilmişdir.

Məşədi Əzizbəyov 20 sentyabr 1918-ci ildə Krasnovodskın 207 kilometrliyindəki Ağcaqum çölündə güllələnmişdir.  [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. I cild. Bakı-2004]

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər