top
“Şirbala” obrazını canlandıran teatr və kino xadimi Hacıbaba Bağırov
18 yanvar 2024, 08:00
- ↺ +

“Şirbala” obrazını canlandıran teatr və kino xadimi Hacıbaba Bağırov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub.

Məktəbi bitirəndən sonra Bağırov 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyorluq kursuna yazılıb. 1953-cü ildə Bağırov Azərbaycan Dəmiryol Məktəbini bitirib və Biləcəri deposunda maşınistin köməkçisi kimi işləyib. Aktyor 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Burada fəaliyyət göstərdiyi vaxtda 50-dən çox obraz canlandırıb. [https://modern.az/az/news/43575/hacibaba-bagirovun-5-arvadi-hebsxana-heyati-aktrisa-sevgilisi-arasdirma] 

Sənətkar teatrla yanaşı, kino sahəsində də çıxış edib. Hacıbaba Bağırovun ilk çəkildiyi film “Ulduz” olub. O, “Ulduz”da Möhsün “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə “Şirbala” obrazlarını  canlandırıb.

[https://medeniyyet.az/page/news/18803/-Komik-obrazlarin-mahir-ifacisi:-Hacibaba-Bagirov.html?lang=ru] 

Hacıbaba Bağırov beş dəfə ailə həyatı qurub. Sonuncu evliliyi özündən 37 yaş kiçik Arzu Bağırova ilə idi. Hacıbabanın həyat yoldaşı deyir: “Gənc yaşlarından bu böyük sənətkara pərəstiş edirdim və uşaq olarkən hər bazar günü səhər verilişini gözləyirdim. Heç vaxt ağlımdan keçə bilməzdi ki, bir zamanlar gələcək, mən də bir yaşa çatacağam, Hacı ilə görüşəcəyəm, ilk görüşümüzdə o mənə evlilik təklif edəcək və biz evlənəcəyik”.

Aktyor Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Emin Sabitoğlunun “Hicran” tamaşasında Mitoş rollarını canlandırıb.

[http://anl.az/el/emb/TEATR/aktyorlar/hacibaba_bagirov.htm] 

O, 1974-cü ildə Əməkdar, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar 1989-1996-cı illərdə yaratdığı “Tənqid-təbliğ” teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Bağırov 1996-cı ildən ömrünün sonuna kimi Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru olub. [http://kinobiz.az/celebrity/hacibaba-bagirov/] Hacıbaba Bağırov 4 oktyabr 2006-ci ildə vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub. [Şərq.- 2011.- 29 iyun.-S. 11]

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər