top
İlk azərbaycanlı nasir qadın Ümmügülsüm Rəsulzadə
13 oktyabr 2022, 02:00
- ↺ +

İlk azərbaycanlı nasir qadın Ümmügülsüm Rəsulzadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ümmügülsüm Əbdüləziz qızı Rəsulzadə (Sadıqzadə) 1900-cu ildə Novxanı kəndində, dəmirçi ailəsində anadan olub. O, Məmməd Əmin Rəsulzadənin əmisi qızı, şair Seyyid Hüseynin həyat yoldaşı olub.

Ümmügülsüm 9 yaşından şeir yazmağa başlayır, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri ilə çıxış edir. 1915-ci ildə şairənin “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi nəşr olunur. Bu hekayə ilə o, ilk azərbaycanlı nasir qadın adını qazanır. Hekayə “Qurtuluş” jurnalında təşkil olunan müsabiqədə ilk yerlərdən birini tutur. [Hüseynzadə A. İstiqlal şairi Ümmügülsüm. Bakı-2005]

1918-1920-ci illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrü hesab edilir. O, şeirlərində xalqın milli istiqlala qovuşmasını tərənnüm edib. O, AXC-nin yaranmasına “Türk Ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirlər həsr etmişdir. 1920-ci ildə Cümhuriyyətin devrilməsi ilə ələqədar yazdığı "Hicran" və “Bayrağım enərkən” şeirləri Azərbaycan ədəbiyyatında bolşevik işğalı barədə yazılmış ilk şeirlərdəndir.

Onun 200-dən artıq şeiri və 1 poeması günümüzə qədər gəlib çatmışdır. [http://www.anl.az/down/meqale/xalqqazeti/2016/dekabr/519060.htm]

1937-ci ildə Ümmügülsüm həbs edilir və Bayıl həbsxanasına salınır. Burada o, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ilə bir kamerada ağır şəraitdə qalır. Bir müddət sonra Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilir. Düşərgədə o, tikişçi işləyir.

1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-cü ilin aprel ayında qərar verilir.

Azad olunandan sonra şairə Bakıya gəlir, lakin 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur və o, Şamaхıya köçməyi qərara alır. [https://kulis.az/xeber/tarix/Cavid-ona-elci-gldi-rini-gulllyib-Xzr-atdilar-oz-qbri-57-il-sonra-tapildi-colorredRsulzadnin-baldizi-Azrbaycanin-ilk-yazici-qadini...color-37667] 

Ümmügülsüm Sadıqzadə 17 sentyabr 1944-cü ildə Şamaxıda bir neçə ay yaşadıqdan sonra qızı Qumralın qollarında vəfat edib. Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn ediblər.

 

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər