top
Qolçomaqların öldürmək istədiyi yazıçı Qılman İlkin
06 noyabr 2022, 04:00
- ↺ +

Qolçomaqların öldürmək istədiyi yazıçı Qılman İlkin

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində anadan olub. Onun qardaşı Qurban Musayev də yazıçı olduğundan çox zaman qəzetlərdə adları qarışıq düşüb. Bu səbəbdən o, özünə İlkin təxəllüsünü götürüb.

Qılman İlkin 1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərilir. Yazıçı həmin illəri "Ömrün oğlan çağları" povestində qələmə alır. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Qılman kənd qızlarını məktəbə cəlb etdiyi üçün ölümlə təhdid edilir. Günlərin birində o, kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə görür ki, qolçomaqlar səhvən Qılmanın yerinə həmin oğlanı öldürüblər. [https://kulis.az/xeber/media/Knd-adamlari-qizlarina-gor-onu-oldurmk-istdilr-colorredXalq-yazicisindan-maraqli-faktlarcolor-30284] 

Yazıçı 1932-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb. O, 1931-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışıb.

Yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş, sovet ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmişdir. O, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.

Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi fəaliyyət göştərmişdir. Yazıçı 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. [Qılman İlkin. Azərbaycan.- 2009.- 7 noyabr.- S. 4.]

Yazıçı 60 ildən artıq nasir kimi fəaliyyət göstərib və çox sayda hekayə, povest və roman yazıb. Onun əsərlərində tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutub. Yazıçı "Əsgər müharibədən qayıdırdı", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" povestinin, silsilə hekayələrin müəllifidir. Onun "Qalada üsyan" romanının əsasında "Tabe olmayan batalyon" bədii filmi çəkilmiş, "Cərrahlar", "Tayqa nağılı", "Geriyə yol yoxdur" kimi pyesləri dövrün televiziya tamaşalarına çevrilmişdir. [http://az.baku-art.com/az/kitabxana-qilman-ilkin-haqq-nda-melumat-paylash-b] 

Qılman İlkin "Azərbaycan Respublikasının Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" kimi fəxri adlara layiq görülüb.

Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Mərdəkan qəsəbəsində yazıçının adını daşıyan küçə var.

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
30 oktyabr 2026, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Oxşar xəbərlər