top
Əsərlərini vətənpərvərlik mövzusunda yazan Hüseyn Abbaszadə
17 may 2023, 04:55
- ↺ +

Əsərlərini vətənpərvərlik mövzusunda yazan Hüseyn Abbaszadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hüseyn Abbas oğlu Abbaszadə 22 noyabr 1922-ci ildə Bakıda anadan olub.

Orta təhsilini bitirdikdən sonra o, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılmışdır. Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, birinci və dördüncü Ukrayna cəbhələrində döyüş yolu keçmişdir.

Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. Sonralar “Sınaq illəri”, “Yaşıl küçə”, “Silah yoldaşları”, “Yasəmən”, “Sən nə yaxşı nənəsən”, “Yun corab” və s. kitabları işıq üzü görür. Bu kitablarda toplanan şeirlər və kiçik hekayələr, əsasən, uşaqlara həsr olunub. [https://medeniyyet.az/page/news/46712/Nesrimize-General-bexs-etmis-edib.html?lang=az]

Müharibədən qayıdan Abbaszadə 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində ali təhsil alıb. O, əmək fəaliyyətinə “Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayıb. Abbaszadə 1958-1964-cü illərdə “Göyərçin” jurnalının redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin, 1972-1975-ci illərdə isə yenidən “Göyərçin” jurnalının baş redaktoru olub. Abbaszadə 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

Abbaszadənin “Azərbaycan” jurnalında dərc edilən “General” romanı müəllifə şöhrət qazandırıb. Bu əsərdə yazıçı Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun keçdiyi döyüş yollarını qələmə alıb. Həmçinin o, “Qaradağ əhvalatı”, “Qapını döyürlər”, “Mansur”, “Şokolad paylayan qız”, “Hardansınız, müsyö Abel?”, “Uzaqdan gələn qonaq” povestlərinin müəllifidir. [http://ensiklopediya.gov.az/az/terms/256/cild/13] 

Şair, həmçinin bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edib: S.V.Mixalkovun “Dostumla birlikdə”, Z.N.Aleksandrovanın “Bir ulduzdan beş nəfər”, X.Trayanovun “Qızıl gül əfsanəsi”, S.Y.Marşakın “Birdən ona qədər”, N.A.Nekrasovun “Mazay baba və dovşanlar” və s.

Abbaszadənin lirik şeirlərinə bəstələnmiş mahnılar görkəmli Azərbaycan müğənniləri tərəfindən ifa edilib. Yazıçının əsərləri də bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkənin hüdudlarından kənarda yayılıb. [http://www.aak.gov.az/upload/dissertasion/filologiya_elml_ri/Heyd%C9%99rova_Ayg%C3%BCn_Eyyub_q%C4%B1z%C4%B1_Avtoreferat_02_02_2022.pdf] 

Hüseyn Abbaszadə SSRİ-nin bir sıra hərbi orden və medalları, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub. O, “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” və “Azərbaycan Respublikasının Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Hüseyn Abbaszadə 12 dekabr 2007-ci ildə Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər