top
Tağıyevin dəyirmanı dustaqxanaya necə çevrilmişdir
03 noyabr 2023, 08:00
- ↺ +

Tağıyevin dəyirmanı dustaqxanaya necə çevrilmişdir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir vaxtlar indiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanında milyonçu H.Z.Tağıyevə məxsus mülk mövcud olub. Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında yerləşən bu beşmərtəbəli bina XIX əsrin sonlarında dəyirman kimi inşa edilmişdir. Lakin sonralar tikili başqa məqsədlər üçün istifadə olunmuşdur.

Deyilənlərə görə, məsələ belə baş verib: dəyirmanın inşası başa çatanda şəhərin hörmətli ağsaqqalları Hacının yanına gəlirlər. Ona şikayətlənirlər ki, həbs edilmiş qohumları Nargin (Böyük Zirə) adasındakı həbsxanada saxlanılır, qayıqlarla oraya gedib-gəlmək çox çətindir. Hacıdan xahiş edirlər ki, kömək etsin. Hacı vəd edir ki, bu barədə fikirləşər. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004]

Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımdırsa, utanmayın, söyləyin. Yüksək rütbəli şəxs izah edir ki, “dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər, həm də əziyyət çəkirlər; mümkünsə, bu işdə bizə kömək edin”. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

Nəticədə Hacı belə qərara gəlir ki, təzə tikilib başa çatan dəyirman binasını dustaqxana kimi hökumətə versin. Bu hadisədən sonra məhbuslar Böyük Zirə adasından həmin binaya köçürülürlər. 1919-cu ilə qədər bu yer Mərkəzi İstintaq Həbsxanası adlanırdı. Beləliklə, camaat Narginin ağır şəraitindən xilas edildi. Hətta əvvəllər Sibirə göndərilən dustaqların da bir hissəsi cəzalarını şəhər qazamatında çəkirdilər. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004] [А. Гасымов. О преобразовании мест отбывания наказаний в первые годы советской власти в Азербайджане// "Закон и право" 2010.-No 6]

“Bakı keçmişdə və indi” adlı kitabda bu haqda məlumat verilirdi: “Maraqlıdır ki, hədiyyə verənin özü də bu həbsxanada həbs olunmalı idi, lakin milyonçuya rəğbət bəsləyən çar buna imkan vermədi, onu əfv etdi və Tağıyev səxavətli hədiyyəsinin cazibədarlığını və rahatlığını yaşamağa müvəffəq olmadı”. [Баку в прошлом и настоящем. Краткий путеводитель-справочник по городу Баку. Составитель А. С. Львов]

1930-cu ildən sonra binada karamel fabriki yerləşdirilmişdir. 1970-1980-ci illərdə təmir işlərindən sonra tikili yaşayış binasına çevrilmişdir. [Мельница Г.З.А.Тагиева - Центральная тюрьма - Карамельная фабрика (Баку) — OurBaku]

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər