Bakı şəhəri ərazisində keçiriləcək idman tədbirlərinin proqramı açıqlanıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
15-21 iyul tarixləri arası paytaxt üzrə idman afişası aşağıdakı kimidir:
- Sambo üzrə əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş ölkə kuboku (yeniyetmələr, gənclər, kişilər) – 12-15 iyul;
- Kapoeyra üzrə nümunəvi çıxışlar – 16 iyul saat 16:30 (Nizami rayonu, Rüstəm Rüstəmov, 35,37, ABAD məhəllə);
- Velosipedin MTB növü üzrə "Gross country" ölkə çempionatı (bütün kateqoriyalar) – 19 iyul;
- Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi karate fudokan üslubu üzrə Xəzər rayon turniri – 20 iyul saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi);
- Kunq-fu üzrə kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kəməri – 20-21 iyul.