Bakının Xətai rayonu, Babək prospekti, 61C ünvanında yerləşən “Otoplaza Mall” avtomobil mərkəzində 4 dekabr tarixində qaçış üzrə yarış təşkil olunacaq. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az məlumat verir.
İdman bayramı “Hyundai Azərbaycan”, “Sirab” və “Azərsun Holdinq”in “Coffee'NJoy” və “Berqa” brendlərinin sponsorluğu, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı və "Baku Marathon Club"un dəstəyi ilə keçirilir.
Yarışlarda 3 və 5 km məsafələr, eləcə də uşaqlar, veteranlar və fiziki məhdudiyyətli şəxslər üçün müxtəlif məsafələr nəzərdə tutulub.
Qaliblər hədiyyələr, medal və diplomla təltif olunacaqlar. Qeydiyyat üçün keçid linki: https://bit.ly/3P2Xqqz.