“Qalatasaray” futbol klubu Bakıya gəlir. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az xəbər verir.
“Qarabağ” və “Qalatasaray” xeyriyyə oyununda qarşılaşacaqlar. Toplanan vəsait Türkiyədə zəlzələdən zərər çəkənlərə bağışlanacaq.
Matç 26 mart saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.